Əziz Qadın.Netlilər, hər bir xanım öz toyunda və ya xına gecəsində diqqət mərkəzində olmaq istəyir. Bu, çox təbiidir. Lakin gəlin xanımın rəfiqələri də ondan geri qalmaq istəməzlər. Ona görə də gəlinin rəfiqələri həm geyimlərinə, həm makiyajlarına, həm də saç düzümünə çox diqqət yetirirlər. Toy etməyə hazırlaşan xanımlarımız, buyurun, bu xəbər sizə kömək edə bilər. Gəlin, bir neçə nümunəyə baxaq, sizlər də öz fikirlərinizi şərhlərdə bildirin və bu geyimlərə nələrin əlavə olunmasını istərdinizsə, zəhmət olmasa, qeyd edin.
Gəlinlə rəfiqələri çəmənlikdə açılmış çiçəklərə bənzəyirlər.
Möhtəşəm xallı donlar, çox sadə görünürlər.
Bu rəngli geyim payız ayları üçün daha gözəl seçim ola bilər.
Cazibədar görünmək istəyən xanımların seçimidir.
Dekolteli don modelləri olduqca cazibədar görünür.
Sadə, bir o qədər də gözəl görünüşlü modellər.
Cazibədar görünmək istəyən xanımların seçimi.
Gözəllik ondur, doqquzu dondur.