Hər bir gənc qızın ən böyük arzusu gözəl ağ gəlinlik geyməyidir. Hər bir valideynin də ən böyük xəyalı övladını bu geyimdə görməkdir. Saytımızın bütün subay qızlarına bu gəlinlikdən geyinməyi arzu edirəm. Bu gün mən sizə bir az fərqli, yəni gəlinlik donları ilə birlikdə ona uyğun aksessuar və ayaqqabı ilə dəst olan nümunələr təqdim etmək istəyirəm. Ümid edirəm, bəyənəcəksiniz.
Belində gümüşü kəməri olan bu gəlinlik qız toyu üçün daha ideal seçimdir. Ayaqqabı və tac ona uyğun seçilmişdir.
Bu möhtəşəm qırmızı don da qız toyu üçün gözəl seçimdir. Əl üçün qızılgüldən aksessuar da gözəl görünür.
Svarovski daşlarla işlədilmiş ağ gəlinlik. Ayaqqabı və ağ qızıldan boyunbağı çox gözəldir.
Bəs bu necədir?
Bu donun forması və rəngi xoşuma gəlsə də, ön hissəsinin çox açıq olmasını bəyənmədim. Nişan mərasimi üçün daha uyğundur. Bu formanı bəyənlər ön hissəni bir az uzun seçsələr, daha yaxşı olar.
Sadə və şıq gəlinlik modeli.
Bu gəlinliyin arxa ətək hissəsi çox gözəldir.
Bu gəlinliyin fatası qeyri-adidir.
Balıq ətəkli, gözəl bir gəlinlik.
Sadəliyi sevən xanımlar üçün.
Güpürlə hazırlanmış gəlinlik.
Qız toyu mərasimi üçün nəzərdə tutulmuş bu gəlinlik üçün seçilmiş ayaqqabı və sırğalar möhtəşəmdir.
Bu gəlinlik və aksessuarlarla siz özünüzü şahzadələr kimi hiss edəcəksiniz.
Bu gəlinliyi çox bəyəndim. Ayaqqabı isə ona çox gözəl uyğunlaşdırılıb
Sadə və maraqlı forması var.
Gümüşü rəngdə olan bu gəlinlik nişan və qız toyu mərasimləri üçün hazırlanmışdır.
Bu gəlinliyin qeyri-adi, maraqlı ətəyi var.
Ümid edirəm ki, təqdim etdiyim gəlinliklərdən bəyəndiyiniz oldu. Təşəkkürlər.