Əziz Qadın.Netli xanımlar, dəb hər il olduğu kimi üzümüzə gələn 2015-ci ildə də öz möhtəşəmliyi ilə bizi təəccübləndirəcəkdir. Dəbin inkişafı toy dəbinə də təsirsiz qalmır. Mən bu xəbərimdə sizlərə 2015-ci ildə üstünlük təşkil edəcək göz oxşayan gəlinliklər təqdim etmək istəyirəm. Gələn il üçün evlilik planlaşdıran xanımlarımız bu modellərdən rahatlıqla faydalana bilər.
Gördüyünüz kimi gəlinlik modelləri artıq sadəlikləri ilə göz oxşamağa başlayır.
Həqiqətən də, bir gəlinlik nə qədər sadə olsa, bir o qədər gözəl görünür. Sadə bir gəlinliyin üzərindən güpürdən işləmə bu modelin zərifliyinə zəriflik qatır.
Bu modelə isə tül əlavə edilib.
Artıq uzanaraq əl-ayağa dolaşan ətəklərə ehtiyac qalmır.
Gördüyünüz kimi yeni dəb gəlinlik donlarında həddindən artıq uzun ətəklərə artıq ehtiyac duyulmur.
Çox gözəl modeldir, elə deyilmi?
Şəxsən mən bu modeli çox bəyəndim.
Bu donun da ətəyi isə nisbətən uzundur.
Möhtəşəmliyi ilə göz oxşayır.