Toy hər birimizin həyəcanla gözlədiyi, həvəslə hazırlaşdığı bir gündür. Uşaqlıq dövrlərindən, hələ balaca yaşlarımızdan öz toyumuzla bağlı xəyallar qururuq, gəlinliyimizi xəyal edirik. Çünki bu gün həyatımızın ən gözəl günlərindən biridir. Və nəhayət, həmin gün gəlib çatdı. Artıq toy gəldi yetişdi. Hər şeyin mükəmməl olmasını, bununla yanaşı qeyri-adi və bənzərsiz olmasını istəyirik. Toya gələn bütün qonaqların və ən əsası həyat yoldaşımızın bizi bəyənməsini istəyirik. Toya hazırlaşan Qadin.Netli xanımlar, bu günkü xəbərimi sizə həsr etmişəm. Bu gün sizə biri-birindən gözəl gəlin ayaqqabıları təqdim edəcəyəm. Şərhlərinizi və fikirlərinizi gözləyirəm...
Bu ayaqqabı çox şirin görünür, elə deyilmi?
Sadə ayaqqabı modeli gözəl seçimdir.
Bu ayaqqabının daban və ön hissəsində qaşlardan istifadə edilib.
Babetlər də rahatlıq üçün əla seçimdir.
Güpürdən istifadə edilmiş bu ayaqqabı zərif görünür.
Daban hissəsində olan daşlar ayaqqabıya gözəllik verir.
Bu ayaqqabı da çox rahat və gözəldir.
Sadəliyi sevənlər üçün gözəl seçimdir.
Bu ayaqqabını bəyənməmək olmaz.
Bu ayaqqabı da zərif görünür.
Daşlardan istifadə edilmiş bu ayaqqabı da gözəl görünür.
Bu ayaqqabı da xüsusi zövqlə seçilmişdir.
Bu ayaqqabı da təzə gəlinlərin ürəyincə olacaq.