Hər birimizin imtina edilməz aksesuarlarından biri də ayaqqabılardır. Geyimimizi də bəzən ayaqqabılara uyğun seçirik. Gəlinlərimiz üçün də ən önəmli aksesuar ayaqqabıdır. Gəlinlərimiz ayaqqabı seçərkən görünüşünə və rahatlığına önəm verməlidirlər. Xanımlar, bu xəbərimdə sizlərə gəlinlərimiz üçün 2014-cü ilin gəlinlik ayaqqabıları modellərini təqdim edirəm. Əminəm ki, hər biriniz bəyənəcəksiniz.
Bu ayaqqabının daban və ön hissəsində qaşlardan istifadə edilib, topuq hissəsində isə mirvaridən hazırlanan aksesuar əlavə olunub.
Görünən platformalı ayaqqabının ön hissəsi gümüşü və qızılı rənglidir. Yan hissəsində isə eyni detaldan istifadə edilib.
Bu ayaqqabıda isə yan hissəsində mirvarili kəpənəkdən istifadə olunub.
Bu ayaqqabı topuq hissədən bağlanır və sadə görünüşü vardır.
Daban və platforma hissəsi qırmızı rəngdə olan bu ayaqqabı da gözəl seçimdir.
Bu ayaqqabıda da yan hissəsində güldən istifadə olunub və gözəl görünür.
Bu ayaqqabı da gözəl və zərif seçim ola bilər.
Bu ayaqqabıda isə arxa hissəsində qızılı rəngli aksesuardan istifadə edilib.
Hər tərəfi qaşlarla əhatə olunmuş bu ayaqqabı çox gözəl görünür.
Daban hissəsində çıxıntılı detalları olan bu ayaqqabı da gözəl görünür.
Bu ayaqqabı isə mirvari və qaşlardan hazırlanıb və möhtəşəm görünür.
Bu ayaqqabıda isə naxışdan istifadə olunub.
Platforma və arxa hissəsi qaşlarla bəzədilən bu ayaqqabı da gözəl görünür.
Yan hissəsində aksesuar olan bu ayaqqabı da gözəl seçim ola bilər.