Biz xanımlar daim baxımlı olmağı sevirik, ən əsası da xüsusi günlərdə özümüzə daha çox qulluq edirik. Çünki bu günlər bizim yaddaşımızdan heç vaxt silinmir. Həyatımızda ilk dəfə baş verən günlərdə hər bir şeyin unudulmaz olmasını arzulayırıq. Nişan, toy günümüzə hazırlıq görəndə paltar seçimi çox vaxtımızı aparır. Seçim edəndə istəyirik ilk biz geyinək, özəl günümüzdə özəl və gözəl olaq. Sizlərə seçiminizdə bir az da olsa kömək etmək istəyirəm, ona görə də seçdiyim gözəl paltarları sizinlə bölüşmək istəyirəm.
Hər bir qadın özəl günündə gözəl görunmək istəyər. Bu gəlinlik daş-qaşı sevən xanımlarımız üçün gözəl seçimdir.
Qızılı rəngi sevirsiniz? Elə isə ən xoşbəxt gününüz üçün sevdiyiniz rəngdə olan gəlinliyi seçə bilərsiniz.
Mavi rəngli gəlinlik mavi gözlü xanımlara daha çox yaraşacaq.
Yuxarı hissəsi qaşlı, ətəyi isə qabarıq olan bu gəlinlik çox gözəldir.
Çəhrayı rəngli bu gəlinliyi yəqin ki, bəyənməyən tapılmaz.
Qabarıq ətəyi sevənlər üçün doğru seçimdir.
Sadəliyi sevən xanımlarımız, bu gəlinlik sizin üçündür.
Ön hissəsi qaşlı olan göy rəngli gəlinliyi qonaqlarınız da çox bəyənəcək.
Qırmızı rəngli bu gəlinlik nişan gününüzdə sizə xüsusi gözəllik verəcək.
Özünüzü şahzadə kimi hiss edəcəksiniz.