Salam, əziz Qadin.Net qızları! Sizin üçün zövqünüzü oxşayacaq gəlinlik modelleri seçmişəm. Ümidvaram ki, seçdiyim bu gəlinlik modelləri hər bir nişanlı və ya toy etməyə hazırlaşan xanım qızlarımızın ürəyincə olacaq. Arzu edirəm ki, Allah bütün qızlarımıza bəyaz gəlinlik geyinmək nəsib etsin. Hər bir valideynin arzusudur ki, qız övladının toy mərasimini görsün, qızını bəyaz gəlinlikdə görmək valideynlərini sevindirir. Arzular bitməz, tükənməzdir.
Bu gözəl gəlinlik xırda çiçəklərlə bəzədilib və bu çiçəklər gəlinliyə xüsusi incə görünüş verir.
Bu gəlinlik modelini də sevənlər olacaq.
Bu gəlinliyin içində hansı qız gözəl görünməyə bilər ki?!
Balıq formalı gəlinlik modeli də bir çox qızlarımızın zövqünü oxşayacaq.
Sadəliyi sevənlər üçün gözəl gəlinlik modeli...
Çox incə bir gəlinlik modelidir,bu, sizin seçiminiz ola bilər.
Bir sözlə, sadə və gözəldir.
Açıq-saçıq gəlinlik modelini sevənlər də üçün gözəl seçimdir.
Tüllərlə bəzədilmiş gəlinlik modeli hər kəsin zövqünü oxşayacaq.
Bu gəlinlik modeli də sadə gəlinlik modelləri sırasındadır.
Kim gəlinliyin içində zərif görsənmək istəməz ki?! O zaman bu, sizin seçiminiz ola bilər.
Üzərində xırda çiçək işləmələri gəlinliyə yaz havası qatıb sanki...
Mələk formalı olan gəlinlik modeli çox gözəl görünür.
Daha bir sadə gəlinlik modeli sadəliyi sevən qızlarımız üçün əla nümunədir.
Bu gəlinlik modelinin arxa hissəsi daha gözəl görünür.
Bütün qızlara gəlinlik geyinmək qismət olsun. Amin.