Hər bir gənc qız öz xəyallarında toy gününün necə olmağını düşünür. İstəyir ki, həmin gün hər kəsdən gözəl olsunlar. Ən əsas da sevdiyi insan üçün... Saç düzümü, makiyaj və s. haqda çox düşünürük, çox axtarırıq. Bəzən toy günü yetişir, lakin biz hələ də istədiyimiz modelin hansı olacağına qərar verə bilmirik. Saytımızda da gənc və ailə qurmağa hazırlaşan qızlarımız çoxdur. Ona görə bu gün sizə gəlin saç düzümləri haqda məlumat vermək istəyirəm.
Avanqard stildə gözəl saç düzümü... Boyu bəstə xanımlara daha çox yaraşacaq.
Aksessuarlardan istifadə olunmuş sadə saç düzümü...
Bu saç düzümü də eyni ilə elədir. Sadə saç formasıdır. Lakin aksessuarla bəzədilmiş gəlin saç düzümü.
Səliqəli, güllərlə bəzədilmiş saç düzümləri...
Qeyri-adiliyi sevən xanımlar üçün saç düzümləri...
Baharın təravətli qoxusunu canlandıran, təbii çiçəklərlə bəzədilmiş gəlin saç düzümləri.
Dağınıq, sadə formada olan saç düzümləridir.
Bildiyiniz kimi bu il hörüklər dəbdədir.
Bu saç düzümləri qız toyu üçün daha idealdır.
Tünd rəngli saçlarda aksessuar daha gözəl görünür.
Xırda tacdan və ağ çiçəkdən istifadə olunmuş maraqlı və cəlbedici saç düzümləri...
Bu saç modellərini çox bəyənirəm.
Qeyri-adi hörüklərdən istifadə olunub.
Toppuz saç düzümü oğlan toyu üçün daha idealdır. Bu zaman fatanı rahatlıqla istifadə etmək olur. Gözəl görünür.
Yunansayağı saç düzümləridir.
Bu saçların rəngi və düzümü də çox gözəldir.
Avanqard və sadə saç düzümləri...
Müxtəlif üslubda gəlin saç düzümlərini təqdim edirəm.
Topuz saç düzümü. Üzərində saçlarla işləmələr var, çox gözəldir.
Burda həm makiyaj, həm də saç düzümü çox gözəldir.
Yunan xanımlarını xatırladan saç düzümü...
Bu saç düzümünü mən bəyəndim, bəs siz?
Xırda, parlaq qaşlardan istifadə olunan bu saç düzümü cəsarətli xanımların seçimidir.
Qızılgülü xatırladan, qeyri-adi saç düzümü.
Ümid edirəm bəyəndikləriniz oldu. Hər bir gənc xanıma xoşbəxt olmağı arzu edirəm.