Bizim xanımlar həmişə öz ədəbləri, tərbiyələri ilə Avropa xanımlarından seçiliblər. Bura hamilə vaxtı toy və ziyafətlərə qatılmaq da daxildir. Hamiləlik dövründə hormonların balansı dəyişdiyinə görə kövrəklik, tez incimək, utancaqlıq və s. kimi hisslər biz xanımlarda daha çox hiss olunur. Gələcəyin əziz anaları, siz hər halınızla gözəlsiniz. Təbii olan heç nədən utanmaq lazım deyil! Sizə ziyafətə gedərkən rahatlıqla geyinə biləcəyiniz geyim nümunələrini təqdim etmək istəyirəm. Ümid edirəm yararlanacaqsız!
Təkcə çiyni olan boş şifon don hamiləliyin hər mərhələsi üçün ideal seçimdir.
Sinənin altından başlayaraq qarmonlu model sizə "Ziyafətin Şahzadəsi "görünüşü verəcək.
Qara rəng həmişə korrektə edici xüsusiyyəti ilə qadınların sevimli rənglərindən olub.
Sinəsi aşırmalı düz donları da rahatlıqla geyinə bilərsiz.
Bu dönəmlərdə xanımlar şalvara üstünlük verirlər. Xüsusi hamilə şalvarı ilə nisbətən boş şık köynəyi istənilən ziyafətə geyinmək olar.
Sinə altında incə kəpənək, bükməli donla özünüzü rahat hiss edəcəksiz.
İddialı hamilələr üçün rəngarəng bir ziyafət geyimidir.
Sarafan formalı donlar hamilə xanımları daha şirin göstərir.
Seçim hər zamankı kimi sizindir.
Üzünüzdən təbəssümü əskik etməyin!