Qadin.NET / Gəlin əlcəkləri

Gəlin əlcəkləri

Gəlin olmaq, o gözəl, möhtəşəm bəyaz paltarı geyinmək biz qızların lap balacalıqdan arzusudur. Kiçik yaşlarımızdan gəlin olduğumuz ana qədər həmişə gəlinliyimizin xəyalını qururuq. Gəlinliklə yanaşı gəlin aksessuarlarının - gəlin çiçəyinin, əlcəklərinin və gəlinlik tacının da gözəl olmasını istəyirik. Bu gün mən sizə gəlinliyin vazkeçilməz aksessuarlarından biri olan gəlin əlcəklərindən bir neçə nümunə təqdim edirəm. Bir zamanlar bu əlcəklər çox dəbdə idi, bir ara nisbətən az istifadə olunsa da hal-hazırda yenə gəlin əlcəkləri dəbdədir.

İlk şəklimizə tüldən, üzərində bantik olan və əldə çox incə görünən gəlin əlcəyi ilə başlayaq.

İkinci şəklimizdəki gəlin əlcəyimiz ilk nümunəyə bənzəsə də aralarında görünüşcə çox fərq var.

Bu şəkildə əlcək olmasa da əlcək əvəzinə istifadə edə biləcəyiniz aksessuardır.

Bu gəlin əlcəyi də gözəldir.

Həm tül, həm də qaşlarla bəzədilmişdir.

Tülü biləkdə tor şəklində tikilmişdir və bu büzmə əlcəyə çox gözəl görünüş verir.

Bunları da rahatlıqla isdifadə edə bilərsiniz.

Bəlkə də çoxunuzun zövqü olmaya bilər.

Sadə və şık.

Aşağıdakılar da çox gözəldir.

Güpur hər zaman dəbdədir.

9 oktyabr 2013
GO BACK