Hər gənc qızın uşaq yaşlarından ən böyük arzularından biri də ailə həyatı qurmaq və o bəyaz gəlinliyi geyinmək olub. Hamımız bilirik ki, toy hazırlığında hər kəs hər şeyin yaxşı olmasına çalışır. Bu gəlinlikdən ta toy dəvətnaməsinə kimi olur. Məncə hər qız mən də daxil olmaqla toy dəvətnaməsinin də ən gözəli olmasını istəyir və çalışır ki, öz istədiyi olsun. Mən də bu gün sizə özümün də bəyəndiyim 2013-cü ilin toy dəvətnamələrini təqdim edəcəm. Ümid edirəm ki, siz də bəyənəcəksiniz. Buyurun, baxın.
İlk şəkildə gördüyünüz dəvətnamədə ağ rənglə qızılı rəng çox gözəl görünüş bəxş etmişdir.
Yazı yazılacağı yer kağızdan və üzlük tüldən olub atlas lentdən kəpənək şəkində bağlanmış bu dəvətnamədə insana gözəl hiss bəxş edir.
Məncə güpür geyimə yaraşdığı kimi, dəvətnaməyə də çox gözəl yaraşır.
Sizə təqdim etdiyim dəvətnamələr içində mənim ən çox bəyəndiyim dəvətnamə budur.
Kəpənək formasında olan dəvətnamədə çox gözəldir.
2013-cü ilin ən yeni dəvətnamə forması.
Kitab formasında olub, zebra naxışlı dəvətnamənin də ayrı bir gözəlliyi var.
Burda isə dəvətnamədə bəylə gəlinin geyimləri əks olunub.
Az əvvəl dediyim kimi güpur dəvətnamə çox gözəl görünür.
Bunlar da ayrılıqda çox gözəldilər.
Bu dəvətnamə isə insana bir anlıq rejissor olduğumuzu xatırladır.
Bu da çox gözəldir.
Gül sevənlərin seçimi ola bilər.
Möhtəşəmdir, deyilmi?!
Bu da çox gözəl dəvətnamədi. Çünki ilk baxışda çərçivəyə oxşayır.
Bu isə qeyri-adiliyi sevənlər üçün.
Qara rəng isə hər zaman gözəlliyini qoruyub saxlayır.
Bəs siz hansını bəyəndiniz?