Qadin.NET / Gəlinlər üçün gözəl ayaqqabı modelləri

Gəlinlər üçün gözəl ayaqqabı modelləri

Toy hər birimizin həyəcanla gözlədiyi, həvəslə hazırlaşdığı bir gündür. Uşaqlıq dövrlərindən, hələ balaca yaşlarımızdan öz toyumuzla bağlı xəyallar qururuq, gəlinliyimizi xəyal edirik. love Çünki bu gün həyatımızın ən gözəl günlərindən biridir. Və nəhayət həmin gün gəlib çatdı. Artıq toy gəldi yetişdi. Hər şeyin mükəmməl olmasını, bununla yanaşı qeyri-adi və bənzərsiz olmasını istəyirik. Toya gələn bütün qonaqların və ən əsası həyat yoldaşımızın bizi bəyənməsini istəyirik. Toya hazırlaşan Qadin.Netli xanımlar bugünkü xəbərimi sizə həsr etmişəm. Bu gün sizə biri-birindən gözəl gəlin ayaqqabıları təqdim edəcəyəm.

Ürəklərlə bəzədilmiş bu ayaqqabı çox şirindi.

Bu ayaqqabının arxa hissəsindəki bəzəyi çox gözəldir.
Bu üç ayaqqabı modelinə görə eyni olsalar da həm üzərindəki şəkillərə, həm də lentlərinin rənglərinə görə fərqlənirlər.
Üstündəki şəkilləri necə də şirindir, elə deyilmi?! smile 
Ayaqqabının platforma hissəsinə özünüzün və həyat yoldaşınızın adını yaza bilərsiniz.
"Bütün gəlinlər hündürdaban ayaqqabı geyinməlidi", deyə bir qanun yoxdur, hündürdaban ayaqqabı geyinə bilməyən xanımları da nəzərə alaraq babet formasında olan ayaqqabı hazırlanıb.
Bu ayaqqabının da özünə məxsus gözəlliyi var.girl_smi
Düzdür, deyəcəksiniz ki, "qara rəngdə də gəlin ayaqqabısı olar?", amma mən yenə də bu ayaqqabını çox bəyəndim.
Bunlarda modelinə görə eyni olsalar da hər birinin özünə məxsus gözəlliyi var.
Bu ayaqqabıların üzərinə adınızı da yaza bilərsiniz. Daban hissəsindəki mirvarilər çox gözəl görsənir.
Mirvarilər ayaqqabının  gözəlliyinə ayrı bir gözəllik bəxş edir.
Bu modeldə isə mirvari qaşlarla əvəz edilib və məncə çox şirin görsənir.good
Bu model də çox gözəl və cəlbedicidir. Üstündəki bəy-gəlin şəkilləri də çox gözəl böyük ustalıqla çəkilib.
Bəyaz gəlin ayaqqabısı da öz əvəzedilməz yerini daim qoruyub saxlayır.

 

Dikdaban geyinə bilən xanımlar üçün bu model gözəl seçim ola bilər.
Allah hər bir xanıma gəlin ayaqqabısı geyinməyi qismət etsin.girl_ang
16 sentyabr 2013
GO BACK