Əziz xanımlar, xəbərimin 2-ci hissəsini sizə çox böyük həvəslə təqdim edirəm. Çünki hicabı çox sevirəm.
İlk şəkildəki ziyafət geyimi əsasən yay ayları üçündür və daha çox gənc xanımlar üçün nəzərdə tutulub.
İkinci geyim ondan fərqli olaraq bir qədər yaşlı təbəqə üçün nəzərdə tutulub.
Arxası uzun ətəkli və çəhrayı rəngli bu ziyafət geyimini mən çox bəyəndim.
Bu şəkildəki xanımların geyimlərində qara-ağ və qırmızının bir-biriləriylə uyğunluğu öz əksini tapıb.
Tünd zoğal rəngində və üstü güpürlə bəzədilmiş geyim orta yaş xanımlar üçün nəzərdə tutulub.
Görün xardal rəngi ilə açıq mavi rəng nə gözəl uyğunluq təşkil edib.
Açıq çəhrayı ilə krem rəngi də bir-birinə çox gözəl yaraşır.
Gənc xanımlarımız üçün həm gözəl rəngə, həm də formaya malik olan bir geyimdir.
Bunlar da ziyafət üçün gözəl seçim ola bilər.
Bu geyim də gənc xanımlarımız üçün gözəl seçim ola bilər.