Qadin.NET / Hicablı xanımlar üçün ziyafət geyimləri - 1

Hicablı xanımlar üçün ziyafət geyimləri - 1

Əziz xanımlar, bugünkü xəbərimi hicablı xanımlarımıza həsr etmişəm. Özüm hicab bağlamasam da, hicabı çox sevirəm. İnşAllah nə vaxtsa mənə də qismət olar. Bu gün hicablı xanımlarımıza ziyafət geyimləri təqdim edəcəyəm.
İlk geyimimiz göy rəngdədir və bel hissəsindəki qara kəmərlə baş yaylığı bir-birini tamamlayır.
Yaşıl rəngli bu geyim də çox gözəldir.
Çəhrayı rəngli baş örtüyü və ətəyi üstündəki pencəklə çox gözəl uyğunluq təşkil edir.
Bu geyim sadə və bir o qədər də gözəldir.
Krem rəngli donun üzərinə güpurdan olan pencək gözəl görünüş bəxş edib.
Bu şəkillərdə eyni geyimlərin iki rəngini görürsünüz. Hərəsinin öz gözəlliyi var.
Hələ geyimlə dəst olan çantanı demirəm.
Daha çox gənc qızların, gəlinlərin istifadə edə biləcəyi bir modeldir. Çox gözəl rəngi var.
Güllü parçadan tikilmiş bu geyim əsl yay aylarının geyimidir.
Bu model də gənc xanımlarımıza daha uyğundur.
İnşAllah bəyəndiniz.
Ardı var...
1 oktyabr 2013
GO BACK