Qadin.NET / Nişan xonçaları

Nişan xonçaları

Keçmiş zamanlardan bu günə qədər çox adətlərimiz dəyişilib. Amma, bir adətimiz var ki, yəni nişan mərasimimiz o zamanlardan bu günümüzə qədər hələdə qeyd edilir. Düzdü nişan mərasiminin atrebutları illər keçdikcə dəyişilir. Daha gözəl görünüşdə olurlar. Gənc qızlarımızın arzularınnan biridə nişan mərasimlərinin onlar üçündə təşkil olmasıdır. O gözəl xonçalardan da onlar üçün gəlməyini isdəyirlər. Məndə bu gün sizə nişana hazırlaşan qızlarımız üçün nişan xonçalarından bir neçəsini təqdim edəcəm. Ümid edirəm ki, sizə seçim etməkdə bir qədər də olsa kömək edərəm.

Üzük taxma mərasimində üzüklərin gətirilməsi üçün gözəl nişan xonçasıdır.

Üzüklərin lentini kəsmək üçün qayçı və üzüklərin qoyulduğu araba formasında səbət çox gözəldir.

Tüllərlə və xırda ağ güllərlə bəzədilmiş bu nişan xonçasının da özünəməxsus çox gözəl görünüşü var.

Bu xonçaya məncə heç bir qız etinasız qala bilməz. Çünki, çox gözəldir

Hər bir qızın qəlbini ovsunlaya biləcək səbətdir.

Mirvari qaşlarla bəzədilmiş bu yastıqçalar insana xoş ovqat bəxş edir.

Çox zərif əl işiylə bəzədilmiş xonçaya heç kəs biganə qala bilməz.

Üzük taxma mərasimində lenti kəsmək üçün hazırlanmış qayçının dizaynı göz oxşayır.

Nişan konfetinizi bu kəpənəkli qutuların içinə qoyaraq gələn qonaqlarınıza təqdim edə bilərsiniz.

29 mart 2016
GO BACK