Qadin.NET / Hicablı gəlinlər üçün baş örtükləri

Hicablı gəlinlər üçün baş örtükləri

Günümüzdə hər ay moda təqvimində dəyişikliklər olur. Bu dəyişikliklərdən sevinənlər də olur, dəblə ayaqlaşa bilməyənlər də. Belə dəyişikliklərdən biri də gəlin saç modelləridir. Hər mövsümdə daha fərqli saç modelləri yaranır. Bu gün hicablı xanımları düşünərək onlara uyğun gəlin baş örtüklərini təqdim edirəm. Ümid edirəm ki, bəyənəcəksiniz.

 Çəhrayı rəngin açıq tonlarında olan bu hicablı gəlin baş örtüyü modeli daş-qaşı sevən xanımlarımız üçün çox gözəl seçim olar.

"Öz toyumda rəngli gəlinlik geyəcəyəm" deyən xanımlarımıza rəngli gəlin baş örtüyü modeli.

Sadə və gözəl olan bu baş örtüyü sadəliyi sevən xanımların ürəyincə olacaq.

"Toyumda hamının gözü məndə olsun" deyən hicablı gəlinlərimiz üçün bu model daha uyğundur.

Sadəliyə üstünlük verən xanımlarımız üçün ideal  gəlin baş örtüyü modeli.

Bu modeldə qüsur tapa bilməzsiniz, çünki çox gözəldir.

Başdan-ayağa kimi daş-qaşla bəzənməyi sevən xanımlarımız üçün çox gözəl gəlin baş örtüyü modelidir.

Hər hicablı xanımın bəyənəcəyi gəlin baş örtüyü modeli.


15 avqust 2013
GO BACK