Qadin.NET / Gəlinlər saç modeli seçərkən nələrə diqqət etməlidirlər!

Gəlinlər saç modeli seçərkən nələrə diqqət etməlidirlər!


Gəlinlər ən xoş günlərinə qüsursuz bir şəkildə addim atmaq istəyirlər. Bu addımı atarkən ayaqqabısından tutmuş saçına qədər qüsürsuz olmağını  istəyirlər.

Gəlinlər saç modeli seçərkən nələrə diqqət etməlidirlər:.

 Gözəllik  salonuna gedərkən yanınızda fikrinə güvəndiyiniz bir rəfiqənizin olması daha yaxşı olar.Çünki beləcə qərar verməniz daha asan olacaq. Saç modelini seçərkən  saç aksesuarlarını və fatanı nəzərə alaraq ona görə seçməlisiniz.

Gəlinlər saç modelini seçərkən bəyi unutmayın! Aranızda boy fərqi varsa uzun bir topuz, hündürdaban ayaqqabı ilə birləşincə sizi bəydən çox daha uzun göstərəcəkdir.

Üzünüzün quruluşu da gəlin başı modeli seçimində önəmlidir. İncə, uzun bir üzdə uyğulanacaq  topuz modelində üzə doğru bir saç düşürülməsi gəlinin üzünü daha da uzun göstərəcək. Ona görədə üz quruluşunu da nəzərə almalısınız.

Gəlin başında adətən topuz modeli seçilir, həmçinin də uzun buruq saçlar. Ancaq saç modelini seçərkən yuxarıda deyilənlərin hamısını nəzərə alın. Ən əsası odur ki  sizə yaraşsın, vizaja və gəlinliyə uyğun gəlsin. Hər şey  bir -birini  tamamlasın.    

26 noyabr 2010
GO BACK