Qadin.NET / Nişan və toy şəkərləri

Nişan və toy şəkərləri

Bu günə kimi adət-ənənələrimizi qoruyub saxlasaq da, biz yenilikləri sevən bir xalq olduğumuz üçün daim yeniliklərlə maraqlanırıq. İndi toylarda subaylara bəzəkli şəkərlər paylamaq dəb halını almışdır. Bu şəkərlər müxtəlif bəzəkdə,müxtəlif rənglərdə, quruluşda və çox gözəl görünüşə malik olurlar. Mən sizə bir neçəsini təqdim edirəm. İnşAllah seçimlərim ürəyinizcə olar.
Bu şəffaf materialda və əl çantası formasında olan şəkər çox şirin görsənir. Yəqin siz də mənimlə razılaşarsınız.
Balıqqulağı ilə, tüllərlə və xırda güllərlə bəzədilmiş bu şəkər də çox gözəl görünüşə malikdir.

Hədiyyə bağlaması formasında olan bu şəkər bənövşə rəngi lenti və xırda bəyaz gülləri ilə baxışları özünə cəlb edir.

Şəkil çərçivəsi formasında olan bu şəkər eyni zamanda toydan xatirə qalmış şəkilləri içinə qoymaq üçün idealdir. Və toydan saxlamaq üçün gözəl bir yadigardır.

 

Bu da şəffaf hədiyyə bağlaması formasında olan nişan və ya toy şəkəridir. İçərisindəki rəngli şəkərlər isə ona tamam başqa ab-hava qatmış və rəngarənglik vermişdir.

Və sonuncunun gözəlliyi məncə göz qarşısındadır. Əlavə sözə ehtiyac yoxdur.

18 iyul 2013
GO BACK