Toy hazırlığında olan, əziz xanımlar, sizi bir neçə gəlin buketləri ilə tanış etmək istəyirəm. Gəlin buketləri gəlinliyin ayrılmaz bir hissəsidir. Əvvəllər gəlinlər daha çox süni güllərdən istifadə edirdilər, indi isə təbi güllərə və başqa aksessuarlara üstünlük verirlər, bunlardan bir neçəsini sizə təqdim etmək istəyirəm.
Sadəliyi və zərifliyi sevən xanımlar bele buketlerden istifadə edə bilərlər.
Daş-qaşı sevən və adətən sadə gəlinlik seçən xanımlar isə belə göz qamaşdırıcı buketlərlə gəlinliklərini daha da gözəlləşdirə bilərlər .
Bir tərəfi ağ qızılgül, bir tərəfi daş-qaşla bəzədilmiş bu buket çox dəbli görünür.
Tovuz quşu lələkləri ilə bəzədilən bu buket də maraqlı görünüşə malikdir.
Rəngarəngliyi sevən xanımlar üçün bu buket əla seçimdir.
Eynilikdən sıxılıb fərqlənmək istəyən xanımlar isə belə qeyri-adi buketlərdən istifadə edə bilərlər.
Mirvarilərdən düzəldilmiş bu buket qeyri-adi seçimdir.