Qadin.NET / Gəlinlik modelləri

Gəlinlik modelləri

Əziz xanımlar, toy günü bütün xanimların çox maraqla gözlədiyi bir gündür. Bundan əlavə hər xanımın həyatında bircə gün olduğu üçün çox maraqlı keçməsini arzu edərlər. Buna görə də həmin gün gözəl və fərqli görünməliyik. Hər şey öz yerində olmalıdır: saçımız, manikür, pedikür və ən əsası da gəlinlik donumuz. Zövqlər müxtəlifdir. Kimi sadə, kimi qabarıq, kimi dar, kimi isə çox enli gəlinləyə üstünlük verir. Bildiyimiz kimi hər il də modellər dəyişilir. Sizə bir-birindən gözəl modellər təqdim edəcəm. Allah bütün subay qızlarımıza gəlinlik qismət etsin. AMİN!!!

Gəlinlik modelləri

Sinədən dekoltelidir və qabarıq qaşlarla bəzədilmişdir. Çox enlidir amma maraqlı modeldir.

Gəlinlik modelləri

Qolları tüldəndir. Sadə demək olmaz. Nə dardır, nə də ki enli. Normaldır, məncə bəyəndiz.

Gəlinlik modelləri

 Qolları azca uzundur, güpurdəndir və çox sadədir.

 

Gəlinlik modelləri

 

Korseti çox maraqlıdır. Aşağı hissəsi də demək olar ki, tamamilə tüldən ibarətdir.

 

Gəlinlik modelləri

 

Sinədən dekolteli və çox sadədir. Aşağı hissəsi tüldəndir və naxışlarla bəzədilmişdir.

 

Gəlinlik modelləri

 

Yalnız bir qolunun ipi var. Məncə maraqlıdır. Fata çox uzundur və bu daha da gözəllik verir. Azca enlidir.

Gəlinlik modelləri

Gördüyümüz kimi, model çox gözəl və maraqlıdır. Sinədən dekolteli və dar modeldir. Amma arxadan əlavə edilmiş tül onu enli göstərir.

Gəlinlik modelləri

Bu modelin də korseti çox maraqlı və sadədir. Ümumiyyətlə gəlinlik özü çox sadədir.

Gəlinlik modelləri

Bu modeli yəqin bəyənməyən qalmaz. Həm sadə, həm də çox incədir. Qolları güpurdandır və dar modeldir.

Gəlinlik modelləri

Sadə deməzdim, amma  çox qabarıq da deyil. Sinədən dekoltelidir.

Gəlinlik modelləri

Bu model də qabarıqdır. Dar modeldir.

Amma maraqlıdır.

30 may 2013
GO BACK