Hamımız gəlinliyimizin xəyalını qurmuşuq. Moda evlərinin, gəlinlik mağazalarının önündən keçəndə, gəlinlik kataloqlarına baxanda xəyalınızdakı gəlinliyinizin modelini canlandırmışsınızdır.
Amma xəyalınızdakı gəlinlik nə o vitrinlərdə nə də kataloqlarda yox. Bənzəri var ama xəyalınızın gəlinliyi yox. Kefinizmi pozuldu? Canınızı sıxmayın. Bu sizin günunüz, heç bir şey bu günü məhv edə bilməz.
Bəlkə də vitrində gəlinliyiniz durur. Gəzmədən bilmək olmaz. Mümkün qədər butun moda evlərini gəzin. Ən yaxın adamlarınızdan məsləhət ala bilərsiniz. İnternetə girib saytlarda gəlinliklərə baxın. Bəlkə də ən yaxşısı gəlinliyi tikdirməkdir. Həm istədiyiniz kimi, həm də üstünüzə görə, sizə özəl.
Sizcə ən yaxşısı nədir? Almaq, Tikdirmək, yoxsa kiraya götürmək?