Əziz Qadın Netlilər, bu gün sizə bürclərimizə uyğun gəlinlik modellərini təqdim edəcəyəm. Çox insan bürclərə əhəmiyyət verməsə də , bəzilərimiz bürclərə inanır, onlarla maraqlanırıq. Elə mən də bu maraqlananlardan biriyəm. Bir az düşünəndən sonra həm də əyləncə xatirinə sizin üçün bir xəbər hazırladım. Bildiyimiz kimi, bürclərimiz həyat tərzimizə, zövqlərimizə, sevdiyimiz rənglərə belə təsir edir. Bürclər həyatımızın hər sahəsinə təsir edə bilirsə, sizcə, gəlin paltarı seçimimizə təsir etməzmi? Sizlər üçün bürcünüzə uyğun gəlin paltarı modellərini araşdırdım.
Qoç bürcü
Cəsur və dinamik
Ümumiyyətlə, Qoçlar hər kəsin qurduğu ağ gəlin paltarı xəyallarından uzaqdırlar. Yenilikçi və müasir bir görünüş sevirlər. Seksual bir tərzləri vardır və bunu da gəlin paltarılarına əks etdirmək istəyirlər. Gəlin paltarlarında bədənin üst qismi vurğulana bilər. Çiyinləri geniş olduğundan, incə, kiçik daşlarla bəzənmiş çiyinbağı və ya korsaj möcüzə olar. Boyun qisimindəki mirvari və tüllər onların stilinə uyğundur. Qoçlar saç askesuarları və makiyajlarıyla istədikləri dinamik görünüşü əldə edə bilərlər. Saçınıza əlavə edilmiş tac və ya fərqli bağlanan bir tül ilə bənzərsizliyinizi ortaya qoya bilərsiniz.
Buğa bürcü
Ənənəvi xətlər Buğa qadını üçün əhəmiyyətlidir. Hissiyyat orqanları çox inkişaf etmiş olduğundan ipək və şifonları çox sevirlər. Dərilərini narahat edəcək gəlin paltarlarından uzaq dururlar. Sadə toxunuşlar, çox bəzəkli olmayan, qolsuz və çiyinbağsız gəlin paltarıları onlar üçün idealdır. Əldə təbii çiçəklər, analarından qalan boyunbağı, sırğa kimi yadigar əşyalar gözəlliklərini tamamlayar. Çiyin və boyunda mirvari, ləl-cəvahirat olmalıdır. Gəlin paltarı da süd kimi ağ, bürünc tonlarında ola bilər. Boyun bölgənizi incə göstərəcək yüksək saç düzümü gözəlliyinizə gözəllik qatar. Bağlı fatalar vazgeçilməzinizdir.
Əkizlər bürcü Qarışıq və dəyişkən
Əkizlər bürcündən olan gəlini ənənəvi gəlinlikdə görə bilməzsiniz. Yumşaq axan bir parça onların gözəlliklərinə rahat bir aura qatar. Tökülən parçalarla aparılan ekzotik təcrübələr, qatlı gəlin paltarları onları xoşbəxt edə bilər. Qollar, çiyinlər və sinə çox bağlanmamalı və açıq qalmalıdır. Ayrıca, tül və ya şifon bir əlcəklə rahat və fərqli bir tərz yarada bilərlər. Dizdən aşağı enli ətəklərə, üst hissəsi incə çiyinbağı ilə olan gəlinliklərə, mini gəlin paltarlarına, qısa fatalara yox deməzlər. Ağ mat rəngini seçə bilərlər.
Xərçəng bürcü
Evinə və ailəsinə bağlı olan Xərçənglər üçün gəlin paltarı çox əhəmiyyətlidir. Yüngül qabarıq, amma yuxu kimi olan gəlin paltarlarını çox sevirlər. Ətəklərdə qabarıqlıq aşağıya doğru artmalı, üst bölgələrdə daşlar və ya kristal toxunuşlar olmalıdır. Qadına xas olan cazibədarlığı ortaya çıxaracaq gəlin paltarlarını seçməli, dolu xanımlar isə daha sərt və simmetrik formalara yönəlməlidirlər. Ayaqqabı və çantada eyni rəng və parçalar seçirlər. Tül və hörgülü detallardan istifadə edilə bilər. Sinə bölgəsi geniş və böyük olacağı üçün düz yaxalı və bu bölgəyə çox diqqət çəkməyəcək geyim seçmələri doğru olar. Bədənlərini su pərisi kimi göstərən paltarlardan uzaq durmalıdırlar. Onların daşı mirvari olduğu üçün gəlin paltarlarında, saçlarında və ya aksesuarlarında mirvari detallarını nəzərdən yayındırmamalıdırlar.
Şir bürcü
Dram şahzadəsi
Yeni modellərdən istifadə etməyi sevən gözəl bədən quruluşlu Şirlər cəsur rənglərə, çəlbedici paltarlara üstünlük verərək xoşbəxt olurlar. Satin parçalar onların tərzində xüsusi yer alır. İncə və sönük olan bir gəlinlik içində görə bilməzsiniz. Ön qismi daşlı, ya da kristallı geyimlərin görünüşünü tamamlayacaq qızılı tonlar və kristal broşlar onları fərqli edə bilər. Çiçək aksesuarlarına əhəmiyyət verərlər və saçlarını dağınıq və ya yarı toplanmış bir halda taclarla, daşlı broşlarla bəzəməyi çox sevərlər. Kiçik, amma gözəl bir şlyapa onlara çox yaraşar. Paltarları çox düzdürsə, bu səfər fataları uzun, daşlı və ya dəbdəbəli ola bilər.
Qız bürcü
Qızlar həyatlarında hər şeyin mükəmməl olmasını istəyirlər. Onu əks etdirəcək bir gəlin paltarı mükəmməl olmalıdır. Klassik görünüşü sevirlər. Yaxşı formalı, təmiz, dəqiq toxunuşlu, sadə, amma gözəl tonlar onu çox təcrübəli və romantik edəcək. Topuqlarına qədər enən yüngül quyruqlu gəlin paltarları tam onlara görədir. Ağın və bütün mat tonların rəngi onların gəlin paltarlarında ortaya çıxır. Beli oturan, tək parçadan ibarət olan gəlin paltarlarını seçirlər. Qat-qat parçalarla seçdikləri gəlin paltarları sadə olmalıdır. Çox qabarıq paltarları xoşlamazlar. Dodaq boyası və makiyajları pastel tonlarında olmalıdır, gəlin olsalar belə, çox diqqət çəkmək istəməyəcəklər.
Ardı var...