Qadin.NET / Mənim bəyaz gəlinliyim

Mənim bəyaz gəlinliyim

Hər bir qızın xəyalında bir gəlinlik modeli vardır.Bu yaxınlarda mən rəfiqəm üçün gəlinlik modellərinə baxırdım.Baxdığım gəlinliklərin arasında bəyəndiyim modellər oldu və onları seçib sizinlə paylaşmaq qərarına gəldim.Ümid edirəm ki,bəyəndikləriniz olacaq.
Buyurun baxın,sizlər üçün....
Bu gəlinliyin sinə hissəsi sıx qaşlarla bəzənmişdir.Gəlinliyin ətəyi qabarıq tüldəndir,aşağı hissədə isə küpürün üzərində qaşlar var.Məncə çox gözəl bir gəlinlikdir.
Mənim bəyaz gəlinliyim
Sinə hissə,ətək sadə və zərif küpürdən ibarətdir.Ətək və fata nisbətən qabarıqdır.Barmağa keçən əlcəklər dəbdə olmasa da bu gəlinlikdə çox gözəl görünür
Sinəsi sıx qaşlardan,ətəyi isə qat-qat tüldən tikilib.Sadə bir gəlinlikdir.Bu modeldən nisbətən kilolu gəlinlərimizdə istifadə edə bilər,çünki qabarıqlıq bel hissədən başlayıb.Bir şərtlə ki,fiqaro olmalıdır.
Mənim bəyaz gəlinliyim
Arxası uzun gəlinlikləri sevən xanımlar bu modeli seçə bilərlər.Eyni zamanda fata da uzundur.
Məncə bu gəlinlik çox qızın zövqünə uyğundur.
Mənim bəyaz gəlinliyim
Ətəyi balıq formasında gəlinlikləri seçmək risklidir.Çünki bu formada olan gəlinliklər hər bədən quruluşuna yaraşmır.Belə donlar yalnız hündürboylu və arıq xanımlarımız üçün gözəl bir seçim ola bilər.
Mənim bəyaz gəlinliyim
Bu gəlinliyin forması mənə tovuzquşunu xatırlatdı.
Mənim bəyaz gəlinliyim
Çətin ki,belə model gəlinliklər dəbdən düşə
Mənim bəyaz gəlinliyim
Mənim bəyaz gəlinliyim
Mənim bəyaz gəlinliyim
Mənim bəyaz gəlinliyim

            Xəbəri hazırlayarkən hicablı xanımlarımızı da unutmadım.Onlar üçün də gəlinliklər tapdım.Hicablı xanımlar adətən sadə gəlinliklərə üstünlük verir.Çoxu sadə ağ atlasdan olur.


5 fevral 2013
GO BACK