Qadin.NET / Eşq elanı

Eşq elanı

 

 

Eşq elanı

 

Sevdiyin şəxs tərəfindən əlində üzük " Mənə ərə gələrsən?" ifadəsini eşitmək hər bir xanımı xoşbəxt edəcək andı. Nişan üzüyü - ailə quran zaman bəy və gəlinin bir-birlərinə bağışladıqları üzükdür.Hələ qədim zamanlarda üzük əbədi sevgi rəmzi olmuşdur.

Nişan üzüyü adsız barmağa taxılır. Bu da ürəyə aparan damarın məhz bu barmağdan keçməsi ilə əlaqələndirilir.

 

Kimləri- utanar üzüyü gördükdə...Kimləri isə sevinərək sevdiyinin boynuna sarılar bu təklifi alanda...

 Kimləri- brillianta bürüyər...Kimləri isə sadə bir üzüklə yeni həyata başlayar...

 

 

Eşq elanı



 

Kimləri-bu üzüyü taxanda sevincdən əlləri əsər..Kimləri isə barmağa taxarkən gülümsəməz...

 

Kimləri-bu üzüyü sevgilisinin barmağına taxmaqdan ötrü canından keçər...Kimləri isə valideyn isdəyi ilə atasının pulundan...

 

 

Kimləri-bu dairəvi üzükdə əbədi sevgi görər...Kimləri isə uşaqlıqda oynadığı halqa ilə fərq görməz...

 

Kimləri-adını yazdirar bu üzüyə...Kimləri isə adını unudacaq bir ömür bexş edər üzüyü taxdığı şəxsə...

 

 



 

Kimləri-sadə üzük olsun amma "xoşbəxtlik gətirsin bizə bu üzük" düşünər...Kimləri isə brilliant daşının azlığından üzüyü qaytarar...

 

Kimləri-üzüyü yatanda belə bağrına basar çıxartmaz...Kimləri isə kənara atar bir eşya kimi baxar...

 

                  Əziz xanımlar siz  nişan üzüyünün anlamını nədə görürsünüz ?

 

7 dekabr 2012
GO BACK