Qarın üçün bol kəsimli geyim seçin
Əgər qarınınız varsa, kəmərli modellər yerinə bol kəsimli geyimlərdən istifadə etməlisiniz. Beləliklə, qarnınız nəzərə çarpmayacaq.
Tünd rəngli geyimlər
Tünd rəngli və incə parçalar sizi arıq göstərə bilər. Xüsusilə, qara, bordo rənginin tonlarını yoxlaya bilərsiniz.
V yaxalı geyimlər
V yaxalı geyimlər çiyinlərinizi olduğundan incə göstərəcək. Çiyinləri önə çıxararaq artıq çəkini örtəcək.
Budların iridirsə, köynəyin yaxası dairəvi olsun
Armud tipli bədənə sahibsinizsə, balans yaratmaq üçün dairəvi yaxalı geyimlərdən istifadə edin.
Budlarınızı gizlətmək üçün düz ətəklər
Budlarınızı gizlətmək istəyirsinizsə, düz kəsimli ətəklərdən istifadə edin.
Asimetrik geyimlər
Asimetrik geyimlər artıq çəkinizi gizlətdiyi üçün don və ətəklərinizdə asimetrik kəsim istifadə etməlisiniz.