Doğru ətək seçilməli
Soyuq havalara uyğun ətəyi seçməlisiniz. Xüsusilə, yaz-yay aylarında istifadə edilən nazik və şifon ətəkləri seçilməməlidir.
Yun parçadan, dama-dama qalın parçalardan olan ətəklərə üstünlük verilməlidir.
Corablar
Qalın corablarla soyuqdan qoruna bilərsiniz. Ayaqları incə göstərən corablarla mini ətəkləri geyinə bilərsiniz.
Dizüstü corablar
Dizüstü corablarla fərqli kombin yarada bilərsiniz.
Hündürdaban ayaqqabılar
Mini ətəklə çox vaxt hündürdaban ayaqqabılar geyinirlər. Amma soyuq havalarda günün çox hissəsini açıq havada keçirəcəksinizsə, hündür olmayan ayaqqabılardan istifadə etməlisiniz.
Çəkmələr
Bu il dizüstü çəkmələr dəbdədir. Mini ətəyinizlə kombinləyə bilərsiniz.
Bu ilin trendlərindən olan ağ çəkmələrlə mini ətəklərinizi kombinləyə bilərsiniz.