Mavi gözlü, tünd dərili, həcmli dodaqları olan gözəlçə qeyri-adi görkəmi sayəsində adını dünyanın iyirmi ən istəkli modelləri cərgəsinə yazdıra bilib.
İrina Şeykin bütün qırmızı xalça çıxışları maraqla gözlənilir. Çünki o, uğurlu obrazlarıya moda tənqidçilərini hər dəfə təəccübləndirə bilir.
Karyerasının ilk illərində hər məşhur kimi İrina da dəb eksperimentlərinin öhdəsindən gələ bilmirdi. Lakin uzun modellik təcrübəsi ona zamanla eleqant və seksual stil yaratmağa kömək edib.
İndi rusiyalı model əsl dəb ilahəsi kimi tərzini çox ciddi ölçüb-biçir. Önəmli dəvətlərində üslubunda detallara yer vermir. İrina qüsursuz bədən quruluşunu vurğulamağı sevsə də, seçdiyi minimalist dizaynlar modelin parlaq zahiri ilə "mübahisə etmir".
İrinanın əsmər dərisi və qara saçları ilə ziddiyyət təşkil edən ağ rəng, eləcə də alqırmızı və zümrüd yaşılı ona çox yaraşan rənglərdir.
Podium ulduzunun traspran seksual dəstləri daha çox gündəm yaradır, habelə İrina klassik üslubda da qətiyyən darıxdırıcı görümür.