Tərz sahibi olmaq üçün rahat olmadığınız geyimlərə, ayağınızı incitsə də çıxartmadığınız ayaqqabılar geridə qaldı!
Küçə stilini əks etdirən və klassikləşdirilmiş qəliblərin kənarına çıxan "athleisure" geyim axını, gündəlik həyatda rahatlıqla istifadə edəcəyiniz geyimləri dəb halına gətirdi. Lakin hər axının olduğu kimi bu axının da bəzi qaydaları var.
1. İdman zalında geyindiyiniz geyimləri gündəlik geyimlərinizlə birləşdirin. Məsələn, dəri gödəkçələrinizi idman şalvarı ilə birlikdə geyinə bilərsiniz.
2. "Sneaker" və başmaqlar birlikdə geyiminizdə əsas yeri tutsun.
3. Lasin şalvarları uzun jaketlərlə və ya belinizə köynək bağlayaraq geyinin.