Əgər idman geyinməyi sevirsinizsə, ən məntiqlisi bahalı paltarlar yerinə cins şalvar, köynək kimi ən çox geydiyiniz parçaları almaqdır.
Gözəl görünməyin birinci qaydası, az alıb ən yaxşısını almaqdır.
Ayrı-ayrı parçaları birləşdirin
Müxtəlif parça növlərini birləşdirmək görünüşə gözəllik verər.
Qızıl rəngi hər zaman diqqət çəkir
Əlavə pul xərcləmədən stil sahibi görünməyin ən asan yollarından biri də geyiminizə qızıl parçalar əlavə etməkdir. Qızılların həqiqi olmasına təbii ki, ehtiyac yoxdur.
Adi bir geyimə lüks bir mənzərə əlavə etmək üçün qızıl rəngi bilərzik, boyunbağı taxın. Görünüşünüzün bir anda necə dəyişdiyinə inanmayacaqsınız.
Eyni rəng paltarlar geyinməyin
Xüsusən, tünd rəngləri bir arada geyinmək sizi heç qəşəng göstərmədiyi kimi, sıxıcı bir mənzərə yaradır. Bu da lüks dünyasına zidd bir haldır. Bu səbəbdən zidd rəng kombinleri sizi həm lüks, həm də qəşəng göstərəcək.