Qadin.NET / Tərz sahibi olmağın yolları

Tərz sahibi olmağın yolları

Tərz sahibi olmağın yolları

Gülümsəyin

Gülümsəmənin sizi olduğunuzdan çox daha çəkici biri hala gətirdiyini unutmayın. Bunu başqaları üzərində təsir yaratmaq üçün deyil, özünüz üçün də etməyiniz lazımlı bir tövsiyədir. Bu səbəblə də çantanızın, şalınızın, kəməriniz incəliklə seçdiyin kimi gülümsəməyi də unutmayın.

Tərz sahibi olmağın yolları

Saçlarınız ən güclü silahınız olduğunu unutmayın.

Qısa ya da uzun olması fərq etməz! Sadəcə saçlarınızın ən güclü silahlarınızdan biri olduğunun fərqində olun. Məsələn, nizamlı aralıqlarla saçınıza maska qoyun ya da evinizdə özünüz edin. Çünki nə qədər sağlam olursa-olsun boya, fen, hava-su çirkliyi kimi faktorlar saçlara zərər verir. Bu səbəblə dolğun,havalı və sağlam saçlara sahib olmaq üçün nəyə ehtiyacınız olduğunu öyrənərək lazım olanı edin.

Duruşunuz həm nə qədər zərafətli, həm də nə qədər güclü olduğunuzu göstərsin

Tərz sahibi olmağın yolunun yalnızca paltardan keçmədiyini artıq anladıq deyə fikirləşirəm. Nəticədə insan bir bütöv olaraq stil sahibidir. Yerişiniz öz güvəninizin yüksək olduğnu bəlli etməli, danışmağınız, baxışlarınız və hərəkətlərinizlə güclü qadın olduğunuz gerçəyini dəstəkləyə bilməlisiniz.

Tərz sahibi olmağın yolları

Modanı təqib edin, amma sizə yaraşanı alın

Əlbətdə, modanı təqib etmənizdə heç bir qüsur yoxdur. Ancaq modaya uyğun geyinmək üçün sizə yaraşmayan şeylər geyinə bilməzsiniz. Tərz olmaq demək, trend məhsulları tərcih etmək və yaraşmamağına rəğmən onları geyinmək demək deyil.

Tərz sahibi olmağın yolları

Doğru ətiri seçin

Bir başqası üçün doğru olan ətir, sizin üçün yalnış ola bilər. Ayrıca ətirinizin tərzinizə uyğun olması lazımdır. İdman paltarları geyinməyi tərcih edirsəniz, qadın olduğunuzu ön plana çıxaracaq, çox ağır olmayan ətirlər istifadə etməyiniz doğru olmayacaqdır.

15 may 2017
GO BACK