Ətək və üst geyimləri
Üstünüzə geyindiyiniz şey, onsuzda qısa olan boyunuzu bir az daha qısaldır, ayaqlarınızın qısa görünməsinə səbəb olur. Bunun qarşısını almaq üçün üstünüzü ətəyinizin içinə salıb ayaq boyunuzu uzalda bilərsiniz. Uzun ayaqlar sizi hər zaman uzun, narin bə belinizi incə göstərir.
Kəmər və ayaqqabı
Biləkdən bağlamalı ayaqqabılardan xoşunuz gəlirsə, mütləq rənginə diqqət etməlisiniz. Ayaqqabınızın rəngi dəri rənginizə uyğunlaşırsa, ayaq boyunuzu çəkməyəcəkdir.
Qalın kəmər də mütləq uzaq dayanmalı olduğunuz hissələrdəndir. Şəkildəki kimi gözlə görünən üfüqi bir çizgi yaratan kəmərlər gövdənizi geniş göstərir.
Jaket
Minyon qızlar həcimli və ya uzun jaket və blazerlərdən uzaq dayanmalıdır. Sizi aşağı çəkməkdən başqa bir işə yaramayacaqdır. Bu səbəbdən belinizə oturan və ya belinizi altında bitən jaketlər tərcih etməlisiniz.
Çantalarda da diqqətli olmalısınız. Balaca qadınlar üçün ən yaxşısı çox geniş olmayan kiçik çantalardır. Böyük çantalar sizi kobud göstərə bilər.
Paltarlar
Geniş paltarlar uzun boylu qadınlar üçün mükəmməldir. Ancaq balaca boy qadınlar geyindiyində aşağı çəkməkdən başqa bir işə yaramır.
Belə oturan dar paltarlar sizin üçün yaradılmışdır.