Qadin.NET / Qırmızı rəng hansı hallarda geyinilər?

Qırmızı rəng hansı hallarda geyinilər?

Kim deyib ki, qırmızı yalnız yeni il zamanı geyinilə bilər? Qırmızını geyinən bir dəb qurbanına da çevrilə bilər, stil ikonuna da. Qırmızını yaxşı geyinmənin yeni qaydalarını izah edirik!

Qırmızı rəng hansı hallarda geyinilər?

Qarşımda Dree Hemingwayin bir gecəyə geydiyi qırmızı Nina Ricci paltarlı fotoşəkili var. Qırmızı geyinməyi bir kənara buraxın o rəngdə lak belə çəkməyən, rəng qorxağı olan mən, heyran şəkildə o fotoşəkili araşdırıram. Bu günə qədər qırmızını avam, dəbdən başı çıxmayan, bəlkə çox dəbdəbəli zənn edən mən, o Nina Ricciyə sahib olmaq üçün internetin altını üstünə gətirirəm. Yaxşı, bəs nə idi bu görünüşü bu qədər cazibəli edən?

Qırmızı rəng hansı hallarda geyinilər?

Soldan sağa: Dree Hemingway, Solange Knowles, Alexa Chung və Anna Dello Russo

Dəbin ən iddialı rəngi qırmızı bir neçə mövsümdür ana axına çevrilmiş vəziyyətdədir. Məsələn Versace və Fendi nümayişində gördüyümüz başdan ayağa qırmızı dizaynlar yalnız göstərişi vurğuladığını düşünürsünüzsə, səhv edirsiniz. Diordakı pencəklər və qısa qırmızı geyimlər, Saint Laurentda tüllərlə bir araya gələn qırmızı tonlar, Valentino və Puccinin transparanları bu rəngin nümayişdən çox gerçək ehtirasa çevriləcəyini vurğulayır. Qorxmayın, artıq köhnəsi kimi gözə çarpan bir təsiri yoxdur. Onu geyinməksə heç çətin deyildir.

Kırmızı qısa don. 

Qırmızı rəng hansı hallarda geyinilər?

Emma Watson

Dövr, qırmızıya başdan ayağa bürünmə dövrüdür. Yəni kiçik bir aksesuardan, yalnız qırmızı ayaqqabılardan, hətta yalnız qırmızı dodaq boyasından çox daha kənara getməniz gərəkir. Cürətkar olmanıza da ehtiyac yoxdur. Doğrudan hadisəyə daxil olun və kiçik qara paltarınızı, kiçik qırmızı paltarla dəyişdirin. O klassiki sıradan günlərə saxlayın. Bəli, qara zərifliyin rəngi olaraq sonsuza qədər var olacaq, amma həqiqətən parıldamaq istəyirsinizsə qırmızıya bir şans verməlisiniz.

Qırmızı rəng hansı hallarda geyinilər?

Zsa Zsa Gabor

Cazibəli deyil, cool görünüş, qırmızı dizaynları bir anda günümüzə uyğun hala gətirəcək. Onun yaratdığı göstərişi saçlarınızı təbii buraxın, makiyajınız yox deyiləcək qədər az olsun. Eynilə Dree kimi. Fotoşəkilə baxdıqca bütün faktorların nə qədər doğru bir araya gəldiyini fərq edirəm. Saçları düzgün amma quruluşlu deyil. Cildində böyük bir aydınlıq və sadəlik var. Paltarın qollarının birazca uzun olması bu parıltılı dizayna casual (rahat) bir görünüş qatır. Altına geydiyi gümüş rəngi ayaqqabılar vurucu zərbəni yerinə yetirir.İndi dərin bir nəfəs alın və eynilə Valentino Garavaninin dediyi kimi "güclü, dərin və dramatik" qırmızının dadını çıxarın.

Yeni qaydalar.

Qırmızı rəng hansı hallarda geyinilər?

** Bu günə qədər bildiyiniz hər şeyi unudub yeni və ağ, daha doğrusu qırmızı bir səhifə açın.

** Qırmızı və yoxsa qara? Çox köhnələrdə qaldı artıq. 2015 və sonrasına aidmiş kimi görünmək istəyirsinizsə bu bərabərliyi tarixin tozlu səhifələrinə basdırın.

** Başdan ayağa qırmızı geyinmisinizsə, mütləq bir küncdən dərinizi görək. Dekoltəniz görünüşü rahatlaşdıracaq.

** Rəng nüanslar edin. Məsələn, çiyələk qırmızısıyla albalı qırmızısını bir arada geyinin. Fərqli rənglərlə deyil, eyni rəngin tonlarıyla oyun sahənizi genişləndirin.

** Yeni il ağacı kimi görünmək istəmirsinizsə, qırmızı və yaşıl birlikdə istifadədən imtina edin.

** Qırmızı hansı rəngləri sevər? Boz, qızıl, tünd qırmızı, pastel və taba kimi sərt olmayan rənglər istifadə edin.

** Full qırmızı geyinəcəksinizsə, yun və ipək, dəri və şifon kimi fərqli parçaları qarışdırın.

22 yanvar 2016
GO BACK