Qadin.NET / O mükəmməl bədən kimindir?

O mükəmməl bədən kimindir?

Əla bir bədənə sahib olmağı hamımız istəyirik. Yaxşı, nədir bu mükəmməl bədən, kimdə var? Kim təyin edir onu? 100 il içərisində mükəmməl bədən tərifinin nə qədər dəyişdiyini görüncə gözlərinizə inana bilməyəcəksiniz.

Gün keçmir ki, səhiyyə künclərində yeni bir arıqlama üsuluna rast gəlməyək. İdeal bədən ölçüləri, gün boyu hər yerdən şüuraltımıza bombardman edərkən, hər mövsüm keçməsinə keçişində yeni bir pəhriz dəbi mütləq qarşımıza çıxır. Qələvi, Dukan, Mağara Adamı pəhrizi və s. xəyal etdiyi bədənə qovuşmaq üçün yeni bir möcüzə gözləyənlərimizin ümid qapısına çevrilir. Nəticədə intizam təmin edilsə və müəyyən prinsiplərə əməl edilsə də, xəyalların reallaşması qeyri-mümkün deyil. Əhəmiyyətli olan tək şey, nəyi xəyal etdiyimizin şüurunda olmaqdır.

O mükəmməl bədən kimindir?

Yenə eyni jurnallarda, qəzet və TV kanallarında gördüyümüz mükəmməl bədənli, cazibədar qıvrımlara ya da təsir edici əzələlərə sahib bədənlər, zehnimizə həmişə bizdə bir şeylərin əskik ya da səhv olduğu mesajını göndərir. Başqalarına təsir edə bilmək , xəyal etdiyimiz insanlara qovuşa, ya da yalnız "yaxşı hiss etmək" üçün sanki o bədənə sahib olmaqdan başqa şansımız yoxdur. Üstəlik mağazalarda ən bəyəndiyimiz paltarlar də sanki həmişə müəyyən bir bədən tipinə görə hazırlanmış kimidir!

Kataloqlarda gördüyümüz paltarları mağazada böyük bir həvəslə üzərimizə keçirdikdə aynada eyni görünüşü ala bilməmək içdən içə bir narahatlıq verir. Və ya rəfdə  bir köynək bəyəndikdə bir baxırsınız ki modeli Slim Fit. Əvvəldən  olmadı! Bədənimiz nə qədər gözəl olursa olsun bəlkə də heç bir zaman 'slim fit' olmayacaq.

Mükəmməl bədən quruluşunun tarixi  dəyişimi.

Bu mövzu əslində heç də yeni deyildir. Qadın bədəni fotolanmağa  başladığı ilk zamanlardan bu tərəfə, bir "mükəmməl bədən" qəbulu mövcuddur. Əsrin əvvəllərindən etibarən fotoşəkilin yayılmasıyla birlikdə qadın bədəni yaxşıca görünməyə başladı və hər kəsin önünə bir mükəmməl bədən nümunəsi qoyuldu. Buna görə qadınlardan korsetlərə girən kim, əməliyyat masalarına yatan kim. Çəkilən əziyyət heç bitmədi!

O mükəmməl bədən kimindir?

Camille Clifford

1910-cu illərda Amerikada Gibson Girl adı verilən korsetli, anormal qıvrımlı bədən tipinin baş modeli Camille Clifforddu. Onun kimi olmaq istəyən yüz minlərlə qadın korset sahibi olmuş və daxili organlarına yazıqları gəlmədən gözəllik yarışına girmişdilər.

O mükəmməl bədən kimindir?

1920-ci  ilə qədər qadınlar elə əziyyət çəkmiş olmalıdırlar ki, mükəmməl bədən anlayışı 180 dərəcə tərsinə döndü. Şişirdilmiş qıvrımlar və qopacaq kimi bel getdi, mütənasib, hətta bir əvvəlkinə görə düz sayıla biləcək xətlər gəldi. Ombalar sıxıldı, sinələr və bel normala döndü. Diz üstü paltarlar isə seksapeli tamamlayırdı. Mary Pickford və Margaret Gorman kimi adlar dövrün ulduzları idi.

O mükəmməl bədən kimindir?

1930 –cu ildə normala çevrilməsi dövrü oldu. Daha təbii xətlər ortaya çıxmağa başladı. Bu gün bildiyimiz "fit" anlayışı ilk o illərdə doğuldu. Özünü müəyyən edən ombalar, təbii qıvrımında bir bel və nisbətən kiçik, hətta düz sayıla biləcək sinələr idealizə edildi.

O mükəmməl bədən kimindir?

1940-ci il bütün dünya üçün müharibə  illəri idi. Güclü bir duruşa sahib bədənlər önə çıxdı. Çiyinlər genişləndi, qollar kaslandı, boy uzandı. "Torpedo sinələr" kimi bu gün çox seksi tanlayan bir anlayış da ilk dəfə müharibə illərində ortaya çıxdı.

O mükəmməl bədən kimindir?

1950-ci illərdə müharibə bitmiş, insanlığa bir az rahatlıq, rifah gəlmişdi. Bunun təsiri qadın bədəninə da əks olundu. Bədənlər sərildi, səpildi və çox yaxşı bildiyimiz qum saatı forması  ortaya çıxdı. Bizdəki qarşılığı 'fıstıq' olan sözün o illərdə dilimizə qarışmış olması olabiləcək.

O mükəmməl bədən kimindir?

Twiggy

1960-cı illərdə Swing çox modaydı, havada rahatca uca bilən, hərəkətli və minimal xəttli qadınlar digərlərinin önünə keçirdi. Twiggy adlı çıtı pıtı model, bütün qadınların talismanı olmuşdu. Modadakı bu çevrilmə, korsetli şişirdilmiş xəttlərdən tam tərsinə dönülən illərdəki kimi təkrarlama etdi.

O mükəmməl bədən kimindir?

Beverly Johnson

1970-ci illərdə disko dövrü başladı və eyni illərdə zənci qadınlar ekranda maraq çəkməyə başladı. Zənci qadınların görkəmli xətləri, bir əvvəlki görkəmə tarazlıq gətirdi və daha uzun boylu, düz qarınlı modellər ortaya çıxdı. Farah Fawcett, ağ qadının uzun, düz qarınlı və slim ombalı olmalı idi. Beverley Johnson isə Vogue jurnalının qapağındakı ilk qara model oldu.

O mükəmməl bədən kimindir?

Naomi Campbell

1980-cıı lər süper model ili oldu. Bu gün bildiyimiz bədən tipinin təməlləri, Naomi Campbell, Elle Macpershon, Linda Evangelista, Jane Fonda kimi adlar tərəfindən atıldı. 'Fitness' çağı olaraq da bilinən 80-ci illərdə çox uzun qıçlar hər şeydən əhəmiyyətli idi.

O mükəmməl bədən kimindir?

Kate Moss

1990-cı ildə Kate Moss, "quru qız" modeliylə bir nəslin həzm sistemini pozdu. Zəif, çəlimsiz görüntü bütün gözəl qıvrımlı qadınları dərdə saldı. Həddindən artıq zəifləmək bacarıq halına gəldi. Sağlamlıq təşkilatları bu gedişatdan xoşlanmamağa başladı.

Giselle Bundchen

2000-ci illərdə "sexy" anlayışı geri qayıtdı. Giselle Bundchen, quru qız modasının nəysə ki sonunu gətirmişdi. Qıvrımlar yavaşca yenidən ortaya çıxdı, boy təkrar uzandı. Britney Spears isə ortalama boyuna baxmayaraq necə seksi oluna biləcəyini şişirtməsiz amma cazibədar xəttləriylə sübut edirdi.

O mükəmməl bədən kimindir?

Kim Kardashian

2010-cu illər: Bu gün bildiyimiz, bütün jurnallarda, TV-də  gördüyümüz ideal bədən tiplərinin yanında bir də 'omba inqilabı' yaşanır. Nicki Minaj, Kim Kardashian kimi adların çaşdırıcı ombaları, Twerk axını və ən məşhur fitness hərəkəti Squat, görkəmli ombaların hökm sürdüyü bir dövrdə yaşadığımızı sübut edir. Aydın olan o ki, qarşıdakı  illər boyunca bu dəyişmə davam edəcək. Bu gün mükəmməl deyə baxdığımız bədənlərin sabah heç bir havası qalmayacaq. Yəni 'mükəmməl' bədənlərə baxıb da həyacan keçirməyə  heç gərək yox. Hədəfiniz əsla o hər yerdə gördüyünüz mükəmməl bədənlər olmasın. Yalnız özünüz üçün bir hədəf seçin. Unutmayın ki, bu həyat boyunca sahib olacağınız ən mükəmməl bədən, aynaya baxdığınızda özünüzü ən bəyəndiyiniz halınız olacaq. Hədəfiniz hər zaman, yalnız öz mükkəmməliyiniz olsun!

25 fevral 2016
GO BACK