Əziz Qadin.Netlilər, siz bilirdizmi ki, geyindiyimiz geyimlərin rəngi saçlarımızın rənginə uyub uymadığını bilməliyik? Əks halda arzu etdiyimiz şəkildə görünmərik. Koko Şanelin məşhur ifadəsini yadımıza salaq: "Ən ideal rəng sizə yaraşanıdır". Həqiqətən də uğurlu seçilmiş rəng sizin görünüşünüzü tamamilə mükəmməlləşdirə bilər. Odur ki, tərzinizə uyğun geyim seçərkən ilk növbədə saçlarınızın rəngi ilə geyimin rənginin uyğun olub, olmadığına nəzər salın. Məhz bu xəbərimdə saç rənglərimizə uyğun geyim rəngini ayırd etməkdə komək edəcəyəm.
Açıq rəngli saçınız varsa, saçlarının təbii rənglərini boğmayan geyim rənginə üstünlük vermələri vacibdir. Bu o demək deyil ki, açıq rənglər onlara uyğun deyil, xeyir! Sadəcə uyğun rəng çaları seçmək vacibdir. Əgər sizin saçlarınız sarıdırsa (hər hansı açıq rəng) qara rəngli geyimlərinizi tünd göy rənglə əvəzləyin.
Qəhvəyi saçlı xanımlara bütün parlaq və əsl təbii rənglər yaraşır. Açıq mat rənglərin seçimində ehtiyatlı olmaları məsləhətdir. Təmiz ağ, və boz rəngləri isə idealdır.
Kürən saçların açıq rəng çalarında olması geyim rəngi seçimində xüsusi diqqət tələb edir. Bununla yanaşı seçiləcək rəng nümunələrinin çoxluğu ilə də seçilir. Əsas məqsədləri saçlarının rənginin çalarında geyimlərə üstünlük verməkdir.
Kül rəngi saçlı xanımların iki seçimi var:parlaq gənglərdən ibarət geyimlərə üstünlük vermək və solğun üzə rəng qatmaq. Ya da saç rəngində üst geyimlərə üstünlük verə bilərlər.