Qadin.NET / Saat seçərkən nələrə diqqət yetirməlisiniz?

Saat seçərkən nələrə diqqət yetirməlisiniz?

Saat seçərkən nələrə diqqət yetirməlisiniz?

Saat seçərkən nələrə diqqət yetirməlisiniz?

Saat bizim ən əhəmiyyətli, ən funksional və ən uzun ömürlü aksesuarımızdır. Saat əsla təkcə bir saat deyil. Vaxtımızı planlayar, bir yerə vaxtında çatmağımızı və işlərin yolunda getməsini təmin edər. Funksionaldır, amma eyni zamanda formasıyla, daşlarıyla, kordonuyla və görünüşüylə stilimizin tamamlayıcısıdır. Qolumuzda bir bilərzik kimi bizə dolanar. Saatın zərifliyi və dəyəri bizim üçün buna görə çox əhəmiyyətlidir. Yaxşı amma saatın bu qədər çox xüsusiyyəti varkən saat alarkən nələrə diqqət yetirməmiz lazım olduğunu bilirikmi? Gündəlik həyatda bizə bu qədər köməkçi olan saatları seçərkən hansı detalları araşdırmanız lazım olduğunu sizlər üçün paylaşıram.

Saatın xüsusiyyətləri və funksionallığı

Əvvəlcə necə bir saat alacağınıza qərar verməyiniz lazımdır. Bir saatdan gözlədiklərinizi yaxşı təyin etməniz lazımdır. Su keçirməzliyi, təqvim, zəngli saat, ya da xronometrə kimi xüsusiyyətlərini istifadə etmək istəyirsinizsə, ona görə bir saat seçməyiniz lazımdır.

Saat seçərkən nələrə diqqət yetirməlisiniz?

Saatın materialı

Bəzi saatlar qolunuzda allergiyaya səbəb ola bilər. Polad, ya da aliminum kimi materiallar dərinizdə allergiyaya və buna bağlı olaraq reaksiyaya səbəb ola bilər. Buna görə titanyum ya da silikon kimi allergiyaya səbəb olmayacaq materialları seçim edə bilərsiniz. Əgər yüngül bir saat sevirsinizsə, silikon, kauçuk ya da titanyum qol saatlarını ala bilərsiniz.

Dözümlü olması

Aliminum və paslanmayan poladdan düzəldilmiş qol saatları paslanmaz və köhnəlməz. Uzun müddət istifadə edəcəyiniz bir qol saatı istəyirsinizsə, bu faktoru da göz qarşısında saxlamalısınız. Su keçirməzlik də saatın mexanizmi və dayanıqlılığı baxımından son dərəcə əhəmiyyətlidir.

Saat seçərkən nələrə diqqət yetirməlisiniz?

Saatın görünüşü

Saatın görünüşü də ən az funksiyası qədər əhəmiyyətlidir. Əvvəlcə geyim zövqünüz və stiliniz istiqamətində bir saat seçməyiniz lap əla olardı. Əlbəttə saatı haralarda taxacağınızı da təyin etməlisiniz. Toy, nişan, kokteyl kimi xüsusi gecələrə davamlı qatılan birisinizsə,  qızıl, gümüş, svarovski daşlı və dəbdəbəli saatlar sizin üçün uyğun ola bilər. Amma, ümumiyyətlə sadəliyi seçən birisinizsə və gündəlik həyatda saat istifadə edəcəksinizsə, idman klassik modelləri almağınızı tövsiyə edərik. Rəng seçimində də hər rəngə uyğun gələ biləcək neytral rəngləri ön planda tutmalısınız.

 

 

7 yanvar 2016
GO BACK