Qadin.NET / Sağlamlığına zərər verən paltarlar

Sağlamlığına zərər verən paltarlar

Sağlamlığına zərər verən paltarlar
 Qələm ətək
Dizlərinizi yaxınlaşdıraraq balanslı getməyi və dizləri bükməyi çətinləşdirir. Hərəkət qabiliyyətini azaltdığından əyilməyi və bir rəfə uzanmağı çətinləşdirir. Bu vəziyyət zamanla əzələlərin çəkilməsinə və hətta dizlərdə problemlərə yol aça bilir.
Sağlamlığına zərər verən paltarlar
Ağır boyunbağı
Boyun əzələləri, tendonları və oynaqları, dörd yarım ilə beş yarım kq arası ağırlığındakı başı daşımaq üzrə bir tarazlığa sahibdi. Ancaq bu ağırlığın üzərinə bir də ağır boyunbağılar istifadə etmək boyundakı təbii tarazlığı poza bilir. Uzun müddətli istifadə boyun tutulmasından ağrıya qədər boyun əyriliyinə səbəb ola bilər.
Sağlamlığına zərər verən paltarlar

Bədəni incəldən korsetlər

Likralı və ya elastik deyilsə, paltarların altından geyilən dar korset nəfəs alışını və hərəkət qabiliyyətini çətinləşdirdiyindən onurğaya anormal bir təzyiq tətbiq edə bilir. Bu da mütəmadi olaraq geyildiyi təqdirdə belin altı və üstündə qalıcı zərərlər meydana gətirir.
Sağlamlığına zərər verən paltarlar
Hündürdaban ayaqqabı
Həm ayaq, həm də kürək sağlamlığını təhlükəyə salır. Baş barmaqda çıxıntı və ayaqda nəzarətsizliyə səbəb ola bildiyi kimi baldır əzələlərinin qısalmasına və bu səbəbdən qan dövranı sisteminin zərər görməsinə gətirib çıxarır. Diz ağrıları da yenə nizamlı olaraq yüksək dabanlı ayaqqabı geyildiyində artır.
Sağlamlığına zərər verən paltarlar

Boyundan üçbucaq bağlamalı geyimlər
Bikini, don və ya alt paltarlarının boyundan bağlamalı modellərdən seçilməməsi məsləhətdir. Çünki eynilə ağır boyunbağılar kimi boyna tətbiq olunan təzyiq üzündən bu modellər boyun, çiyin və kürək sağlamlığına pis təsir edir.
Sağlamlığına zərər verən paltarlar
Dar alt paltarı
Xüsusilə böyük sinəyə sahib qadınların incə kəmərli alt paltarı geyməməsi daha məsləhətlidir. Əks təqdirdə çiyinlərdə həm fiziki, həm də bioloji problemlər meydana gətirər.
Sağlamlığına zərər verən paltarlar
Böyük çantalar
Xüsusilə dirsəyə ilişən böyük çantalar da onurğada zamanla əyriliyə səbəb olan görüntü yaradır və çiyin, kürək, boyun sağlamlığına zərərlidir.
Sağlamlığına zərər verən paltarlar
Dar cinslər
Həm bel, həm omba, həm də baldırları möhkəm sıxan bir geyimdir. Yeriyəndə çətinlik çəkdiyiniz kimi oynaqlarda da uzun müddətli ağrılara səbəb olur.
27 yanvar 2016
GO BACK