Böyük sinəli qadınların paltar seçimində nə qədər problem yaşadığını və alver əsnasında çətinliklərlə üz-üzə qaldığını çox yaxşı bilirik. Qardiroblarında hər zaman eyni formalı üst paltarları saxlayan böyük sinəli xanımlar əslində bir neçə kiçik stil hiyləsiylə istədikləri kimi geyinə bilərlər. Böyük sinəli xanımların necə geyinmələri və ən çox nələrə diqqət etmələri lazım olduğunu paylaşmaq istəyirəm.
Dərilər
Dərilər stil sahibi xanımların imtina edə bilmədiyi parçalardan biridir. Böyük sinəli xanımların da qurtarıcısı olan dərilər sinənizi gizləyərək bədəninizin üst qismini daha kiçik göstərər. Dərini seçərkən tünd rənglərə üstünlük versəniz, bu təsir ikiqat artar.
Enli köynək və jaket
Enli köynək və jaketlər böyük sinələrinizi gizləməyə və olduğundan daha kiçik göstərməyə köməkçi olar. Bədəninizin üst qismini daha geniş göstərən bu köynəkləri skinny jeanlərlə kombinə edə bilərsiniz.
Kiçik bir not: Oversize köynəklərlə yüngül bol seqment köynəkləri bir-birinə qarışdırmayın. Oversize köynəklər sizi olduğunuzdan daha kök göstərər.
Dizdən olan ətəklər
Dizdən olan ətəklər yeni fəslin ən sevilən geyimləri arasındadır. Bu tip ətəkləri geydiyiniz zaman həm daha gözəl bir duruşunuz olar, həm də bütün diqqəti bədəninizin alt qisminə çəkmiş olarsınız.
Blazer pencəklər
Blazer pencəkdən daha qurtarıcı bir parça varmı? Qardirobların vazkeçilməzi olan blazerlər böyük sinəli qadınların da ən yaxın dostudur. Bədəninizin geniş hissələrini gizlədən blazerlar sinələrinizin böyük görünməsinə mane olar.
Tam yığan büstqalterlər
Bu günə qədər geydiyiniz fərqli seqmentli büstqalteri bir kənara qoyun və yığıcı xüsusiyyəti olanları almağa tələsin. Yığıcı büstqalterlər sinələrinizin ən az 2 ölçü kiçik görünməsini təmin edər və paltarlarınızın üstünüzdə daha yaxşı oturmasına kömək edər.
Böyük sinəli xanımların əsla geyməməli lazım olduğu geyimlər:
- Dar şalvar və dar köynəklər,
- Düyməli köynəklər və jaketlər.