Qadin.NET / Hər yerə geyə biləcəyiniz 5 qiyafət

Hər yerə geyə biləcəyiniz 5 qiyafət

İstər gecə, istər gündüz... Hər an dəbli görünmək istəyirsinizsə, bu 5 qiyafət ən böyük köməkçiniz olacaq. Hər məkana və zamana uyğun olan bu parçaları dəbli bir konbində istifadə edəcəyiniz kimi idman üslublu bir konbində də geyinə bilərsiniz.

Budur, hər yerdə geyə biləcəyiniz 5 qiyafət.

Açıq rəngli pencək

Hər yerə geyə biləcəyiniz 5 qiyafət

Bu pencək modelinin bir qiyafəti başdan-aşağı dəyişdirmə xüsusiyyəti var: köynək və cins şalvarla geyinərkən taxdığınız kəmər sayəsində gözəl gecə geyimi dəstinə sahib olacaqsınız. Son zamanlar dəbdə olan qara ilə ağın ahəngi xoş bir uyğunluq təşkil edəcək, eyni zamanda çox parlaq rənglərlə də şıq bir geyim tərzi yaradacaq.

Qırmızı qolsuz don

Hər yerə geyə biləcəyiniz 5 qiyafət

Bəzi  geyimlər dəbdən düşsə də, qolsuz, düz don hər zaman bir klassik olaraq qalır. Bantlı sandal ayaqqabı və olduqca təbii bir makiyajla gözəl və rahat olacaqsınız. Daha rəsmi görüşlərə tünd rəngli bir pencəklə geyinə bilərsiniz. Bu cəsur rəng sayəsində aksessuar taxmağa ehtiyac qalmayacaq.

Klassik qələm ətək

Hər yerə geyə biləcəyiniz 5 qiyafət

Ətək üstünüzə oturmalı, amma çox dar olmamalıdır. Daha gözəl görünməsini istəyirsinizsə, pencək geyinməyin və köynəyinizin qollarını qatlayın. Qırmızı dodaq boyası və yüksəkdabanlı ayaqqabı da sizə köməkçi olacaq. Gecə üçün dekoltesi olan üst geyim geyinə bilərsiniz. 

Ağ köynək

Hər yerə geyə biləcəyiniz 5 qiyafət

Bir ağ köynəyiniz mütləq vardır, elə deyilmi? Onu şkafdan çıxarın və işə başlayın! Boynunuza sadə bir lent taxaraq gözəl bir görüntüyə sahib ola bilərsiniz. Dəbli gecə ətəyi ilə ilk iki düyməsi açılmış və qolları qatlanmış köynəklə ziyafətdə tərzinizi ortaya qoya bilərsiniz.

Ətəyi dar şalvar

Hər yerə geyə biləcəyiniz 5 qiyafət

Çox rahat olmaq və vücudunuzu daha arıq göstərmək istəyirsinizsə, ətəyi dar şalvarlara müraciət edə bilərsiniz.

Çəhrayı rəng bu şalvarlara çox daha sofistik bir hava verir. Aksessuar əlavə etməklə rahatlıqla gecəyə gedə bilərsiniz.

26 yanvar 2016
GO BACK