Taylor Tomas Hill 1979-cu ildə Texasda anadan olmuş və orada da böyümüşdür. Universitet təhsilini sənaye dizayn sahəsində alan stil ikonu təhsilindən dərhal sonra Nyu-Yorkda iş həyatına başlayıb. W jurnalında bir müddət təcrübə qazanan Hill daha sonra redaktor kimi işə başlayıb. Karyerasına "Teen Vogue" jurnalında aksessuar şöbəsinin müdiri kimi davam etmiş, daha sonra "Marie Claire" jurnalında stil və aksessuar şöbəsinin redaktoru kimi işləmişdir. Hazırda Moda Operandi saytının art-direktoru olan stil ikonu küçə modasının da ulduzlarından biridir.
Taylor Tomas Hill qırmızı saçları, dümağ bədəni, özünə heyran buraxan geyinmə zövqü və tərziylə bir çoxlarından fərqlənir. Məşhur stil ikonunun tərzində baş rolu oynayan geyimləri nəzərdən keçirməyə nə deyirsiniz?
Dəri pencəklər
Taylor Tomas Hill stilində önə çıxan parçalardan ilki dəri pencəklərdir. Qısa və ya uzun olduğu fərq etməz, o, hər iki halda gözəl və havalı bir stil yaratmağa qadir olub. Çiçək naxışlı parçaları ya da bağ paltarlarını dəri pencəkləri ilə tamamlayan stil ikonunun favoriti - Rick Owens dəri pencəyi.
Güllü köynəklər
Stil ikonu yaz-qış demədən, dəb olub-olmadığına baxmayaraq, tez-tez çiçək naxışlı geyimləri seçir.
Göz qamaşdıran aksessuarlar
Taylor Tomas Hill aksessuar işinin ustası olduğunu özü üçün etdiyi seçimlərdə də göstərir. Onun bütün diqqətləri üzərinə çəkən "Statement" boyunbağısı buna misal ola bilər.
Ziddiyyətlərin uyğunlaşması
Onun stilini ziddiyyətlərin uyğunlaşması stili adlandırsaq, səhv etmərik. Yunan tərzi qadın paltarını rok havasındakı qolbaqları və çəkmələri ilə tamamlaya bilər. Bir-birinə uyğun olmadığını düşünmədiyiniz geyimləri onun üzərində görüb hər an heyrətlənə bilərsiniz.
Dəri ətəklər və ya midi dəri ətəklər onun əynində çox gözəl görünür. Taylor Tomas Hill stilində dəri parçalara çox böyük önəm verilir.
Pişik gözlü eynəklər
Taylor Tomas Hillin seçimi üz şəklinə çox yaraşan pişik eynəklərdir. Günəş eynəklərini yanından ayırmayan stil ikonu, ümumiyyətlə hər zaman qara rəngli günəş eynəklərini seçir.
Yay səndəli, burnu açıq dəri çəkmələr, idman ayaqqabılar və iddialı Stiletto'lar... Stil ikonunun qar, qış demədən iddialı ayaqqabılarla görməyiniz artıq normal bir hal olmalıdır.