Qadin.NET / Nikol Kidmanın ilham verən tərzi

Nikol Kidmanın ilham verən tərzi

Nikol Kidmanın ilham verən tərzi
Nikol Kidmanın illərə meydan oxuyan gözəlliyi və gənclərə nümunə olacaq bədəni danılmaz bir həqiqətdir. Bu ilki "Kann" kinofestivalında etdiyi doğru seçimlərlə tərifə layiq olan Nikolun festival üslubunu yaxından araşdırmağa nə deyirsiniz?
Nikol Kidmanın ilham verən tərzi
Nikol Kidman "Alexander McQueen"in təbii və gündəlik qara donu ilə ilk gün fotoşəkil çəkilişində görünüb. Təbii makiyajlı Nikol illər keçdikcə gözəlləşən ulduzlardandır.
Nikol Kidmanın ilham verən tərzi
Nicole Kidman mövsümün dəbini təqib etdiyini də açıq-aşkar elan edib. Açılış gecəsində geyindiyi güllü-çiçəkli "Christian Dior Couture"dən olan paltarı və mərcan rəngli "Jimmy Choo" ayaqqabılarıyla moda tənqidçilərini və moda sevərləri heyran etməyi bacarmışdı.
Nikol Kidmanın ilham verən tərzi
Mayın 16-da "Calvin Klein Celebration of Women in Film" dəvətinə qatılan Kidman qara xalça üzərində özündən xeyli əmin idi. "Calvin Klein Collection"undan seçdiyi qara dəri paltarını "Jimmy Choo"dan olan ayaqqabıları və "Fred Leighton" aksesuarlarıyla uyğunlaşdıran Nikol gözəl görünür.
Nikol Kidmanın ilham verən tərzi
Nikol Kidman "Inside Llewyn Davis" filminin qala gecəsinə həyat yoldaşı Keith Urbanla qatılmışdı. Mavi, qara və qırmızı rənglərdən ibarət olan L'WREN Scott imzalı paltarı ona çox yaraşmışdı. Ayaqqabıları "Manolo Blahnik", bijuteriyaları isə "Fred Leighton"dandır .
Nikol Kidmanın ilham verən tərzi
"Nebraska" filminin qala gecəsində geyindiyi "Valentino"dan quyruqlu paltar, yəqin ki, hər qadının xəyalında bir dəfə olsun geyinmək istəyəcəyi paltarlardan biri idi. Bu möhtəşəm paltarı yenə eyni marka ayaqqabılarla geyinən gözəl ulduzun aksesuarları Fred Leightona aid idi.
Nikol Kidmanın ilham verən tərzi
"Venus In Fur"un qala gecəsinə qatılan Nikol Kidman qırmızı xalçadakı iddiasını davam etdirdi. 46 yaşındakı məşhur aktrisa dəvətə "Chanel"dən ağ-qara paltarla qatılmış, qırmızı ayaqqabılarıyla da şıqlığını tamamlamışdı. Aksesuar seçimini yenə Fred Leightodan edən aktrisanın mövsüm trendi olan saç üslubu da gözəldir. Siz nə deyirsiniz?
Nikol Kidmanın ilham verən tərzi
"Zuzu" filminin qala gecəsində Nikol ən gözəl paltarını son gecəyə saxlamışdı. "Giorgio Armani"dən böyük sinə dekolteli ağ paltarını Harry Winston aksesuarlarıyla tamamlayan Kidmanın tünd bənövşəyi rəngli dodaq boyasını da çox bəyəndiyimizi söyləməyə bilmərik.
5 yanvar 2016
GO BACK