Qadin.NET / Həftə sonu üçün 4 geyim üslubu

Həftə sonu üçün 4 geyim üslubu

Həftə sonu üçün 4 geyim üslubu
Həftə sonunu necə səbirsizliklə gözlədiyinizi təxmin edirik. Dostlarınızla görüşəcəksiniz, sevgilinizlə zaman keçirəcəksiniz, alış-verişə çıxacaqsınız və daha nələr, nələr... Bu qədər planların arasında bundan əlavə həm qəşəng, həm də rahat görünməyiniz lazım olacaq. Qarderobunuzun qarşısında saatlarınızı keçirməyin, sizin üçün hazırladığımız dəst geyim təkliflərinə baxın. Dərhal geyinib, küçəyə çıxa bilərsiniz.
Həftə sonu üçün 4 geyim üslubu
Rahat
Cins şalvar və pencəyin rahatlığından imtina edə bilməyənlər bu üslubu çox sevəcək. Bu həftə sonu dəyişiklik edin, hər zamanki görünüşünüzə papaqla fərqlilik qatmağı təcrübədən keçirin. Üslubunuzu qısa çəkmə və çiyin çantasıyla tamamlayın.
Həftə sonu üçün 4 geyim üslubu
Cool
Cool tərzinizdə həftə sonu maraqlı görünüş əldə edəcəksiniz. Belə ki, enli palto, qara eynəklər və qısa çəkmələr sizin üçün ideal dəst olacaq. Bir neçə bijüteriyadan da istifadə edin.
Həftə sonu üçün 4 geyim üslubu
İdman
Bütün həftə dikdaban ayaqqabılardan yorulmusunuzsa, "Həftə sonu gəlsin, idman ayaqqabılarımla rahat gəzəcəyəm" deyirsinizsə, bu təklifimiz tam sizə görədir! Cins şalvar, enli uzun kofta, rahat ayaqqabılar və at quyruğu formasında olan saç... Artıq küçələrdə səyahətin və bütün həftənin stresini atmağın zamanıdır!
Həftə sonu üçün 4 geyim üslubu
Rock
Həm rahat olmaq, həm də dəbli görünmək üçün cins köynək və dəri şalvarı bu həftə sonu təcrübədən keçirə bilərsiniz. Üslubunuzu hündürdaban ayaqqabıyla, yoxsa çəkməylə tamamlamaq istədiyinizə özünüz qərar verin. Üzüm rəngli parçalar bu görünüşünüzə fərqli bir hava qata bilər, məsələn, çiyindən asılmış kiçik bir çantadan istifadə edə bilərsiniz.
15 aprel 2014
GO BACK