Qadin.NET / Viktorian stili

Viktorian stili

Viktorian dövrü - İngiltərə kraliçası Viktoriyanın hakimiyyəti dövrüdür. O, taxta 1837-ci ildə 18 yaşı olanda çıxmış və 63 il ölkəni idarə etmişdir. Öz ölkəsi üçün bir sıra vacib işlər görmüşdür.

Geyimdə viktorian stili  bir növ varlılığın, cah-cəlalın göstərişidir. Həmin dövrdə donların xüsusiyyəti o idi ki, onlar qum saatı formasında olub, korsetlərin üstündən geyilirdi.

Sizlərə bir sıra maraqlı geyim göstərmək istəyirəm. Maraqlıdır, müasir düçüncəli qızlar belə geyim geymək istərdilərmi? Fikirlərinizi bizimlə bölüşün.

Viktorian stili
Qəhvəyi və mavi rəngli fərqli iki don necədir, bəyəndinizmi?
Viktorian stili
Başlarındakı aksesuar çox xoş görünür, məncə, bəs siz nə düşünürsünüz?
Viktorian stili
Çox qəribə geyimdir, görəsən, bu paltarda necə hərəkət edirlər?!
Viktorian stili
Qədim dövrlərdə hətta azyaşlı uşaqlar belə bu cür geyinirmiş.
Viktorian stili
Sarı rəngli olanı bəyənməsəm də qırmızı və bozun qarışığı gözəl görünür.
Viktorian stili
Aksesuar olaraq çətirdən istifadə edilib, məncə, xoş bir görüntü yaranıb. 
Viktorian stili
Burada da saç aksesuarları diqqətimi cəlb etdi.
Viktorian stili
Görəsən, günboyu belə paltarda gəzmək onları narahat etmirdi?!
Viktorian stili
Kiçik qızın mavi donu çox xoşuma gəldi.
Viktorian stili
Saç düzümlərinə baxın, geyimlərlə necə də uyğunlaşdırıblar.
Viktorian stili
Qara rəngli olan donu yaman sevdim, gözəl görünür.
Viktorian stili
Görəsən, bu donların arxasını niyə belə tikirmişlər. mocking
Viktorian stili
Qabarıq ətəklərin üstünə geyinilmiş sadə xəzli gödəkçə gözəl görünür. 
Viktorian stili
Görəsən, o dövrlərdə niyə qadınlar qəddlərini əyərək yeriyirmiş?! 
Viktorian stili
Paltarların arxadan çox qəribə və maraqlı görünüşü var.
Viktorian stili
Çəhrayı və boz rəngin qarışığından ibarət olan bantlarla bəzədilən libası çox bəyəndim good
Viktorian stili
Bunlar nə yaxşı saç aksesuarından istifadə etməyib görəsən?!
Viktorian stili

Maraqlı geyim tərzləri olduğu kimi, saç düzümləri də fərqli olub. Mən şəxsən o illərdə yaşamaq istərdim, bəs siz necə?


6 yanvar 2016
GO BACK