Əziz Qadın.Net-lilər, bu dəfə sizləri gözəl və cəlbedici bloq sahibəsi ilə tanış edəcəyəm. Ducle Candy 1989-cu ildə Amerikanın Los-Anceles ştatında anadan olub. 24 yaşı olmasına baxmayaraq bloqu böyük uğur qazanıb. Gənc xanım bloqunu çox sevir və fəaldır. O, bloqunda ingilis dilində paylaşmalar edir. Xanım bir çox jurnallardan yararlanır - Lucky Magazine, Seventeen Magazine, Harper's Bazaar, Vogue US, Marie Claire, ELLE Magazine.
Ducle Candy Ruiz makiyajını özü edir və bunu çox gözəl bacarır. Videolarını şəxsi bloqundan izləyə bilərsiniz.
Ən çox sevdiyi dizayner və markalar: Vena cava, Ports 1961, Alexander Wang, Yves Saint Laurent, Tory Burch və Phillip Lim. Ducle "Candy"dən alış-veriş etməyi çox sevir. Ən çox geyim aldığı mağazalar bunardır: "Zara", "Topshop", "H & M", "ASOS", "Planet blue".
Onun stil ikonu Miroslava Dumadır. Ən çox üstünlük verdiyi stillər bunlardır: eclectic, glamorous, feminine. Onu da qeyd edim ki, Duclenin bütün şəkillərini həyat yoldaşı Jesse Ruiz çəkir. Cütlüyün bir övladı da var.
O, ən çox pozitiv, şən və əyləncəli həyatı sevir. Rəngarəng xasiyyətə sahibdir. Bloqa gələn hər kəs onu tez bir zamanda sevir. Bloqun sayəsində çoxlu dostlar qazandığını da etiraf edib.