Əziz xanımlar, sizi dəbli bloq sahibələrindən olan Peonny Lim ilə tanış etmək istəyirəm. Peonny Lim "küçə üslubu"nun tanınmış simalarından biridir. İngiltərədə yaşayan 28 yaşlı Peonny Lim Street Style saytlarında fotoşəkillərini gördükdən sonra 2010-ci ildə öz bloqunu açmağa qərar vermişdi. İncəsənət tarixi fakültəsinin məzunu olan bloqqer bundan əlavə moda sahəsində də təhsil almışdır. Çin və ingilis mənşəli olan Peonny həqiqətən dəyişik bir gözəlliyə sahibdir.
Aldığı yaxşı təhsillə yanaşı, bloqunun da müvəffəqiyyət qazanması Peonnynin lüks markalar üçün vasitəçilik və məsləhətçilik etməsinə səbəb olmuşdu. Bloquyla bağlı bir də online butik açan bloqqerin fərqli və qəşəng tərzi məşhur jurnallar tərəfindən də sezilmişdir. Vogue, Glamour, Style.com və Grazia kimi nəşrlərdə ona aid məqalələr dərc edilmişdir. Əsasən evdə çalışan bloqqer çoxlu səyahət edir. Moda həftələrində və əhəmiyyətli moda şoularında onu görmək mümkündür.

Burada bloqqer bir rəng paltarını güllü pencək ilə tamamlayıb.
Peonny Lim burada tam retro üslubunda geyinib. Bu üslubda bloqqer çox zərif görünür.
Mavinin hər tonundan olan atlas paltarını açıq bənövşəyi ayaqqabı və qəhvəyi çanta ilə tamamlayıb.
Burda isə ağ-qara rənglərdən istifadə edən bloqqer klassik üslubda geyinib.
Xanım burda cins pencək və şalvarını rəngli şifon şərf ilə dəst edib.
Tünd qırmızı ziyafət geyimini qızılı sırğalar və broş ilə tamamlayıb.
Bu geyim gündəlik geyim üçün uyğundur, qırmızı şalvar olduqca dəbli görünür.
Burda daha çox bloqqer göy rəngdən istifadə edib, uzun jaketi və papağı olduqca zövqlü seçimdir.
Peonny Lim dəri şalvarını göy pencək ilə tamamlayıb, iti burunlu ayaqqabıları da olduqca incə görünür.