Qadin.NET / Kat Tanita

Kat Tanita

 Kat Tanita

Əziz xanımlar, bu dəfə sizə "With Love From Kat" bloqu haqqında məlumat verəcəyəm. Bloqun sahibi Kat Tanita Nyu-Yorkda yaşayır və bütün zamanını bloquna həsr edir. Dizayn məzunu olan Kat 3 ildir ki, fasiləsiz olaraq bloq yazır. Bloqunda fərdi stilini günbəgün paylaşan Kat yalnız şəxsi üslubunu deyil, dekorasiya, yemək və gəzinti mövzularında da paylaşmalar edir. Elə dekorasiya demişkən, özünün şahanə dekorasiya edilmiş bir evi olduğu üçün onun dekorasiya postlarını da izləməyinizi təklif edirəm. Feminist və bəzən də retro tərzdə gördüyümüz gözəl bir üslubu var. Lüks markalarla kiçik markaları müvəffəqiyyətlə birləşdirərkən xüsusilə aksessuarları ön plana çıxarır. Çanta və ayaqqabılarda ümumiyyətlə lüks markaları seçən bloqqer zərgərlik seçimində də olduqca müvəffəqiyyətlidir. Dəbli bloqqerin üslubu ilə tanış olaq.

Kat Tanita

Burda Kat əsasən papaq və şərfini ön plana çıxarıb.

Kat Tanita

Burada isə iki rəngə - qara və qırmızıya üstünlük verib. Bu da çox dəbli görünür.

Kat Tanita

Bloqqer burda narıncı rəng çalarlarında olan çantasını ön plana çıxarıb.

Kat Tanita

Qara tulumunu qəhvəyi çanta ilə uyğunlaşdırıb, çanta və zinət əşyaları isə bu geyimə rəng qatır.

Kat Tanita

Bu geyim isə gündəlik istifadə üçün yaxşı seçimdır. Xanım burada ağ paltarını ətrəngi ayaqqabı və çanta ilə uyğunlaşdırıb. Pencəyi isə bu geyimə rəng qatıb.

Kat Tanita

Burda isə ağ paltarını rəngarəng şalı ilə tamamlayıb.

Kat Tanita
Bu ilin trendlərindən olan qabarıq ətək və iti burunlu ayaqqabılar ilə Kat olduqca dəbli görünür. 
Kat Tanita

Burda da Kat xəz dərili paltosunu zebra naxışlı ayaqqabıları ilə uyğunlaşdırıb.

29 aprel 2016
GO BACK