Qadin.NET / Jaket necə geyinilməlidir?

Jaket necə geyinilməlidir?

Əziz xanımlar, hamımızın qarderobunda jaket var. Yaz-qış ən çox istifadə etdiyimiz geyimdir. Jaket seçərkən görünüşünün

qəşəng olmasıyla yanaşı, həm də hər hansı bir geyimlə uyğunlaşmasına üstünlük verilməlidir. Dəbli jaketi necə geyinə və nə kimi aksessuarlarla dəstləşdirə bilərik? Gəlin bunları öyrənək.

1. Qarderobunuza əyində enli qalan jaket əlavə edə bilərsiniz. Bu tərz jaketlər həm insana rahatlıq verir, həm də dəbli görünür. Bu jaketləri cins və dəri dar şalvarla geyindikdə çox dəbli görünür. Enli geyinməkdən xoşunuz gəlirsə, paltarların üzərində də çox gözəl görünür.

Jaket necə geyinilməlidir?

2. Jaketləri kəmərlə istifadə edə bilərsiniz. Xüsusilə formasız olduğunu düşündüyünüz jaketlərin üzərinə kəmər taxaraq daha düzgün və xoş bir görünüş əldə edə bilərsiniz. Şalvarlarla, ətəklə və paltarlarla bu üslubu tətbiq edə bilərsiniz. İncə kəmərlər jaketlərdə daha xoş görünür. Kəmərləri həm jaketlə eyni rəngdə, həm də geyiminizə uyğun başqa rəngdə seçmək olar.

Jaket necə geyinilməlidir?

3. Qışda qat-qat geyinməkdən xoşunuz gəlirsə, jaketləri bu tərzdə geyinə bilərsiniz. Xüsusilə qısa dəri pencəklərin və kürklərin altından geyinə bilərsiniz.

Jaket necə geyinilməlidir?

4. Uzun jaketlərdən mütləq bir dənə alın. Bu tərz jaketləri sərin havalarda manto əvəzinə istifadə edə bilərsiniz.

5. Jaketinizin bütün düymələrini bağlayaraq köynək kimi də istifadə edə bilərsiniz. Qısa və kiçik jaketlərinizi şalvar və ətəklə geyinərək çox dəbli görünüş əldə edərsiniz.

Jaket necə geyinilməlidir?

6. Yaxası açıq qolsuz paltarları jaketlə tamamlaya bilərsiniz. Bu tərz paltarları bu şəkildə günün hər saatı istifadə edərək qəşəng və eleqant bir görünüş əldə etmiş olarsınız.

Jaket necə geyinilməlidir?

7. Jaketləri aksesuarlarla da istifadə edə bilərsiniz. Şərf və şal ilə tamamlaya bilərsiniz, hətta broş kimi aksesuarla da jaketə maraqlı və cazibədar görünüş qata bilərsiniz.

Jaket necə geyinilməlidir?
20 mart 2016
GO BACK