Qadin.NET / Nika Huk

Nika Huk

Əziz Qadın.Netli xanımlar, bu dəfə sizi "Fashion Agony" bloqunun sahibi Nika Huk ilə tanış etmək istəyirəm. Onun 26 yaşı var, Ukraynada yaşayır. "Fashion Agony" adlı bloqunu yazmağa 2010-ci ildə başlamışdır. Bloqunda fərdi stili ilə yanaşı, moda trendləri ilə də maraqlanan Nika fotoşəkilli xoş bir blog ortaya çıxarmağa nail olub.

Nikanın stili olduqca müasir və trend parçalardan meydana gəlir. Sevdiyi dizaynerlər arasında Alexander Wang, Isabel Marant, Helmut Lang və Phillip Lim kimi adları saymaq olar... Aksesuarlarla arası yaxşı olan Nika ayaqqabı, çanta, zərgərlik məhsullarından və şlyapa kimi aksesuarlardan istifadə edərək olduqca zövqlü görünüş yarada bilir.

Nika retro stillində olan parçaları birləşdırır və çox zövqlü geyim alınır. 

Həmçinin burda da retro stilli geyimini dəri ayaqqabı və pencəklə tamamlayıb. 

Burda isə Nika idman üslubunda geyinib. 

Bu qara geyimini qara dəri kəmərlə tamamlayıb, olduqca dəbli görünür. 

Ağ güpür paltarını və ağ ayaqqabılarını pencək və çanta ilə tamamlayıb. 

Bu geyim nümünələri gündəlik geyinmək üçün uyğundur.

Nika Huk

Nika tam fərqli parçaları eyni rəng tonlarında istifadə edərək çox dəbli görünüş əldə edib.

Nika Huk

Nika rəngli paltarını dəri gödəkçə ilə çox gözəl uyğunlaşdırıb. 

Burda da tam fərqli stildədir, şifon güllü ətəyini başqa aksessuarlar ilə payız fəslinə uyğun uyğunlaşdırıb. 

Klassik üsluba yaxın geyinib, şlyapası da ona çox gozəl yaraşır.


6 may 2016
GO BACK