Mövsümün ana trendlərindən biri olan kürk gödəkçələr yenidən dəbdədir. Qışda bizləri həm isti tutan, həm də verdiyi gözəl görünüşlə hər birimizin qəlbini fəth edən bu gödəkçələri sevməyən olmaz.
1. Xəz gödəkçələri eyni rəng tonlarında olan parçalarla geyinin. Niyə? Çünki kürk gödəkçələr bizi olduğumuzdan kök göstərə bilər. Əgər bir az artıq çəki probleminiz varsa, kürk gödəkçəni eyni tonlarda paltar və ya köynəklə birlikdə geyə bilərsiniz.
2. Xəz gödəkçədə kəmərdən istifadə edin. Bu, gödəkçəni həm daha çox qəşəng göstərəcək, həm də kübar bir görünüş yaradacaqdır. Bundan başqa, kəmər belinizin vurğulanmasına köməkçi olar. Bəzi kürk gödəkçələrin belində öz kəmərləri də ola bilər. Bunlardan da rahatlıqla istifadə edə bilərsiniz.
3. Dəri mont, ya da pencəklə geyinin. Qış üçün həm sizi soyuqdan qoruyacaq, həm də gözəl bir görünüş verəcək. Bu şəkildə mövsümün səbi olan kürklə dərini bir arada istifadə etmiş olarsınız. Bunlar, inanın ki, bir-birinə çox yaraşır!
4. Köynəyinizin üzərindən geyinin. Ofisdə qəşəng bir görünüş üçün ağ köynəyinizin üzərinə kürk gödəkçənizi geyinə bilərsiniz.
5. Xəz gödəkçələrdən gecə çölə çıxarkən istifadə edin. Mini paltarınızın üzərindən geyinəcəyiniz kürk gödəkcə görünüşünüzə kübarlıq verəcək və olduqca gözəl bir görünüş bəxş edəcək.
6. Xəz gödəkçəni uzun ətəklə geyinməyə nə deyirsiniz? Bunun üçün uzun ətəyinizi kürk gödəkçənizlə tamamlayın. Görünüşünüzü kəmər və papaq ilə tamamlaya bilərsiniz.
7. Cins pencəklə geyinin. Bir-birinə çox yaraşan cins və kürkü bir yerdə istifadə etməyin praktik bir yoludur. Soyuq havalarda üst-üstə geyinərkən paltar, cins pencək, kürk gödəkçə həm qəşəng görünəcək, həm də soyuqdan qorunmuş olacaqsınız.
8. İfrata varmayın. Xəz onsuz da kifayət qədər iddialı parçadır. Buna görə də kürk gödəkçə geyindikdə geyiminizdə kürk detallardan istifadə etməməyə diqqət yetirməlisiniz.