Qadin.NET / İncə bədənli xanımlar necə geyinməlidir

İncə bədənli xanımlar necə geyinməlidir

Bildiyimiz kimi, arıq xanımlar üçün paltar seçimi çətin olur. Xüsusilə, geyimin əyinlərinə tam oturmasını istəyənlər bu məsələdə çətinlik çəkirlər. Geyim geydikdə ən vacib məsələlərdən biri kiçik və sadə hiylələrlə qüsurlarımızı gizlədə bilməyimizdir.  Çox arıq olanlar üçün də bir çox stil tövsiyəsi var. Əgər sizin də belə bir probleminiz varsa, xəbərdən faydalana bilərsiniz.

 1. Enli paltarlardan uzaq durun

Arıq insanların ən çox yol verdiyi səhvlərdən biri də çox enli geyimlə arıqlıqlarını gizlətməyə çalışmalarıdır. Ancaq bu paltarlar sizə xoş olmayan görünüş verər və arıqlığınızı daha da önə çəkər. Bunun əvəzinə bədəninizə oturan, ancaq yapışmayan paltarları seçsəniz, daha yaxşı nəticə əldə etmiş olarsınız. 

İncə bədənli xanımlar necə geyinməlidir

 2. Geniş ətəkli paltarlar geyinin 

Geniş ətəkli donlar arıq qadınlar üçün ideal bir seçimdir.

İncə bədənli xanımlar necə geyinməlidir

 3. Üfüqi xətləri olan parçadan istifadə edin

Üfüqi xətlər xüsusilə bədəninizin üst qisimini daha şəkilli göstərmək üçün idealdır. Bununla birlikdə şaquli xətlərdən uzaq olmağınız lazımdır, çünki şaquli xətlər insana daha uzun və incə bir görünüş verə bilir. Siz üfüqi xətli şalvar, köynək, jilet və paltar kimi geyimləri rahatlıqla geyinə bilərsiniz.

İncə bədənli xanımlar necə geyinməlidir

 4. Qat-qat geyinin

Bu qaydanı yazda da tətbiq etmək mümkündür, ancaq payız və qış aylarında qat-qat geyinmək olduğunuzdan daha çəkili görünməyinizə zəmanət verir. Bunun üçün pencək, jilet və ya şalı geyimlərinizin sırasına əlavə etməyiniz ağıllı bir fikir olar. Klassik kəsimli pencəklərin daimi xilaskarınız olacağını unutmayın.

İncə bədənli xanımlar necə geyinməlidir

 5. Tünd rənglərdən uzaqlaşın

Boşuna deməyiblər ki, "Qara arıq göstərər". Tünd rənglər insana daha arıq bir görünüş verir. Bu vəziyyətdə sizin də bu rənglərdən uzaq qalmağınız lazımdır. Mülayim tonlara yönəlin: ağ, pudra tonları, çəhrayı və mavi, açıq yaşıl sizin üçün ideal rəng tonlarıdır.

İncə bədənli xanımlar necə geyinməlidir
24 dekabr 2013
GO BACK