Qat-qat geyinmək (layering) son bir neçə ildir gündəmdə olan və olduqca sevilən bir trenddir. Xüsusilə qışda həm soyuqdan qorunmaq, həm də stil sahibi kimi görünmək üçün bir dəbdir! Təbii ki, kələm kimi görünməkdən qaçınaraq qədərində nizamlamaq şərti ilə. Çoxumuzun soyuqdan qorunmaq üçün tətbiq etdiyi bu üsula bir az stil qatmağa və qat-qat geyinmə sənətinin incəliklərini öyrənməyə nə deyirsiniz?
1. Fərqli parça növlərini birlikdə istifadə edin
Məsələn, incə pambıq parçadan köynəklə və ya yun pencəklə birlikdə geyinin. Fərqli toxunmaları birlikdə istifadə edərək həm nəfəs alan birləşmələrə imza atmış olarsınız, həm də kök görünməkdən uzaq olarsınız.
2. Fərqli naxışlardan istifadə edin
Qat-qat geyinmək - naxışları qarışdırma (mix & match) trendini rahatlıqla istifadə edə biləcəyiniz bir üslubdur. Məsələn, damalı naxış ilə çiçək naxışını? ya da pələng dərisi naxışlı xətli parçaları bir yerdə istifadə edə bilərsiniz.
3. Fərqli rənglərdən istifadə edin
Naxışlarla risk etmək istəməyən, amma qat-qat geyinərkən stil sahibi görünmək istəyənlər üçün fərqli rənglərdə parçaları bir yerdə istifadə etmək vəziyyəti qurtarıcı bir yol ola bilər. Bunun üçün qat-qat geydiyiniz hər parçanın fərqli rəngdə olmasına diqqət yetirin.
4. Monoxrom geyinin
Burada edəcəyiniz düstur çox sadə və az risklidir. Xüsusilə qat-qat geyinib incə və uzun görünmək istəyənlər eyni rəngdə fərqli parçaları bir yerdə istifadə edə bilərlər. Bunu tətbiq etmək üçün eyni rəngin fərqli tonlarında olan parçalardan da istifadə edə bilərsiniz.
5. Son toxunuşu manto və ya pencəklə edin
Çox soyuq havalarda köynək və pencək geydikdən sonra şalınızı da geyərək görünüşünüzü tamamlayın.
6. Aksesuarları unutmayın
Qat-qat görünüşünüzü aksesuarlarla gücləndirin. Şərf, şal, beret, papaqlar, əlcəklər, dizüstü corab kimi aksesuarları qat-qat stilinizə mütləq əlavə edin.